BolgeXeber.Com » Gündəm » Ukrayna ordusu separatçıları darmadağın etdi

Ukrayna ordusu separatçıları darmadağın etdi

23-05-2014, 12:30
Oxunub: 3 491 Sutka ərzində Ukrayna güc strukturları keçirdikləri uğurlu anti-terror əməliyyatı zamanı Rubejnoqo yaxınlığındakı separatçıları darmadağın ediblər

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Anti-terror Əməliyyatı məlumat mərkəzinin rəhbəri Vladislav Seleznyov bildirib. Seleznyovun sözlərinə görə, əməliyyat nəticəsində 20-yə yaxın separatçı məhv edilib, 30 nəfər yaralanıb. Seleznyov bildirib ki, Lisiçansk və Severodonetskiy morqları meyitlərlə doludur. “Təəssüf ki, Ukrayna ordusu da itki verib. Əməliyyat nəticəsində Ukrayna ordusunun 2 hərbçisi həlak olub, 7-si yaralanıb” – deyə Seleznyov bildirib.
Bolgexeber.com