Səttar Mehbalıyev beynəlxalq təşkilata vitse-prezident seçildi
23-05-2014, 18:55
Oxunub: 4 163
Mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üçüncü qurultayı keçirilib.
AzərTAc xəbər verir ki, qurultayın açılış mərasimində BHİK-in prezidenti Jau Felisio, Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer, Birləşmiş Millətlər Təşkilatını təmsil edən BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark və başqaları çıxış ediblər.
Qurultayda Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər orqanları seçilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər