BolgeXeber.Com » Gündəm » İlham Əliyev Argentina prezidentini təbrik edib

İlham Əliyev Argentina prezidentini təbrik edib

24-05-2014, 18:15
Oxunub: 2 961 "Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına daim sülh və tərəqqi arzulayıram”

Azərbaycan prezidenti İlham Əliyev Argentina Respublikasının prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Bolgexeber.com xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Dövlət başçısının məktubunda deyilir: “Hörmətli xanım prezident, Argentina Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətində atdığımız addımlar dostluq əlaqələrimizin möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə bundan sonra da mühüm töhfələr verəcək. Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına daim sülh və tərəqqi arzulayıram”.