“Bakcell”də dava: Əməkdaşlar müştərilərin yanında əlbəyaxa oldular
25-05-2014, 16:40
Oxunub: 3 671
Dünən “Bakcell”in ofislərindən birində biabırçı hadisə baş verib.
Bolgexeber.com aznews.az-a istinadən xəbər verir ki, şirkətin H.Cavid prospekti pr. 147 ünvanında (Elmlər Akademiyası metro stansiyasının yaxınlığında) yerləşən “Müştəri Xidmətləri”ndə işçilər arasında əlbəyaxa dava baş verib.
Gənc operatorlar müştərilərin gözü önündə bir-birlərinə xəsarətlər yetiriblər və hətta yüksək tonda nalayiq ifadələr işlədiblər. Maraqlısı budur ki, ofisdə bu dalaşanları sakitləşdirə bilən bir səlahiyyətli şəxs tapılmayıb. Sonda müştərilər yaranmış biabırçılığın qarşısını almaq üçün onları ofisin zirzəmisinə salınıblar. Lakin şirkət əməkdaşları zirzəmidə də sakitləşməyiblər. Onların səsləri və bir–birlərini ağır ifadələrlə təhqir etmələri hətta küçədən keçənləri də narahat edib. Bundan əlavə onların bu müharibəsi yaxınlıqda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub və onlar ofisə yaxınlaşaraq iradlarını bildiriblər.
Ən qəribəsi budur ki, nə dava edənlər, nə də həmin ofisdə xidmət göstərən “Baksell”in digər əməkdaşları baş verən hadisə ilə bağlı müştərilərdən, eləcə də irad bildirən qonşulardan üzr istəmək əvəzinə onlara əsəbi münasibət göstəriblər.
Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru olan “Bakcell”ə bağlı son günlər yalnız mənfi informasiyalar dolaşır. Müştərilərin aldadılması, müxtəlif fırıldaqlıqlarla əlavə qazancların əldə edilməsi, xidmət səviyyəsinin çox aşağı olması şirkət barədə səslənən əsas ittihamlardır.
Əlbəttə bu ittihamlar bəzən digər mobil operatorlar barəsində də səslənir. Amma yəqin, nəinki digər operatorlarda, hətta heç bir xidmət sahələrində dünən “Bakcell”də baş verən belə biabırçılığa rast gəlinməyib.
Yeri gəlmişkən qeyd edək ki, bu “Müştəri Xidmətləri”nin ofisində həm də mobil telefonlar satılır. Yəni bura təkcə “Bakcell” müştəriləri deyil, həm də telefon və ya telefon aksessuarları alanlar da gəlir. Elə buna görə də “Baksell”in “nümunəvi” cavanlarının tamaşasını xeyli adam seyr edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər