Rejissorun dələduz dəstəsinin daha bir üzvü tutuldu
25-05-2014, 16:45
Oxunub: 3 180
Bakıda dələduzluqla məşğul olan daha bir nəfər tutulub
2012 və 2013-cü illər ərzində paytaxtın Nizami rayonu ərazisində yerləşən “Quesnet” şirkətinin bir qrup əməkdaşının dələduzluq yolu ilə əhalidən xeyli miqdarda pul toplaması barədə polisə edilmiş müraciətlər əsasında həmin şirkətin rəhbərlərindən biri olan Nəsir Hüseynov saxlanılıb. Onun barəsində Xətai rayon Məhkəməsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, N.Hüseynovla yanaşı tanınmış teatr xadimi, rejissor Ağalar İdrisoğlu da həbs edilib. onların barəsində Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış işin araşdırmaları davam etdirilir.
Onu da qeyd edək ki, 1 ay əvvəl Bakı şəhər Baş Polis İdarəsi paytaxt sakinləri Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev (İdrisoğlu), Asim, Qalıb, Elşən, Xatirə və Leyla adlı işçilərinin dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə müraciətin daxil olması barədə məlumat yaymışdı.
Bundan sonra faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər