"Azərsu"da qaçqının haqqını necə yeyib?
26-05-2014, 16:50
Oxunub: 3 472
Konstitusiya və dövlətimiz mülkiyyət hüququma təminat verdiyi halda, “Azərsu” ASC mülkiyyət hüququmu pozur
Kəlbəcər rayonunun Yanşaq kəndində qeydiyyatda olan Zamin Mürsəlov 5 ildir ki, “Azərsu” ASC-yə müraciət etsə də, nə kompensasiya ala bilir, nə də mülkiyyət hüquqlarını bərpa edə bilir.
Ona görə də haqqını yeyənlərdən dövlət başçısına şikayət etmək qərarına gəlib. Zamin Mürsəlov Ilham Əliyevə ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. O, məktubunda yazır:
“Azərsu”da qanunsuzluq, süründürməçilik, illərlə gözləmək mənə bir insan kimi, çox pis təsir edir. Məmur özbaşınalığı üzündən halal və hüquqi haqqımı ala bilmirəm. Sarsıntı, həyəcan və əsəb içində yaşayıram.
Oğuz-Qəbələ zonasından Bakıya çəkilən su kəmərindən gələn gəlirdən “Azərsu” ASC istifadə etdiyi halda, niyə mənim kompensasiyamı vermirlər?!
“Azərsu” ASC prezidentin 2 fərmanını və Nazirlər Kabinetinin 3 qərarını icra etməkdən boyun qaçırır. Sənədlərimi və Nazirlər Kabinetinin qərarının surətini dəfələrlə “Azərsu”ya göndərmişəm.
2010-cu ildən “Azərsu” ASC-nin sədrinə mülkiyyət hüquqlarımın pozulması ilə bağlı ərizə ilə müraciət etsəm də, cavabsız qalıb. Xahiş edirəm, ərizəmin şəxsi nəzarətiniz altında araşdırılmasına göstəriş verəsiniz. Çünki faktlar, sənədlər və sübutlar “Azərsu” ASC-də düzgün araşdırılmır.
Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində sahəsi 0,5 hektar torpaq sahəsinə olan mülkiyyət hüququm pozulub. Həmin torpağın üzərində olan fərdi yaşayış evim, daş hasarım və dəmir darvaza “Azərsu” ASC tərəfindən zəbt olunaraq, sökülüb.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov və torpaqayırma şöbəsinin müdiri Şahin Camalov 2013-cü ilin noyabr ayında mülkiyyət hüququm pozulduğu üçün mənə kompensasiyanın tam həcmdə veriləcəyini vəd etdi.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 10 dekabr 2013-cü il tarixli məktubla Abşeron rayon Icra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edərək, mülkiyyətimdə olan torpaq sahəsinə rəy və sərəncam verilməsini xahiş edib.ÿZakir Fərəcov 30 yanvar 2014-cü il tarixdə rəy verib. Elə həmin məktubla da mülkiyyətimdə olan torpaq sahəsinin üzərində razılığım əsasında, “Azərsu” ASC-nin tikinti aparmasına sərəncam verilib.ÿLakin hazırda məlum olmayan səbəbdən mənə kompensasiya verilmir.
Konstitusiya və dövlətimiz mülkiyyət hüququma təminat verdiyi halda, “Azərsu” ASC mülkiyyət hüququmu pozur.
Konstitusiyanın 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ var. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Xahiş edirəm, hüquqlarımın bərpa olunması, mənə “Azərsu” ASC tərəfindən kompensasiya ödənilməsinə yardım edin".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər