Aynar Məmmədovun maşını cərimə meydanında... - fotolar
26-05-2014, 18:50
Oxunub: 4 146
Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus 10 LZ 100 dövlət nömrə nişanlı qalmaqallı “Nissan Skyline GT-R35“ avtomobili hələ də cərimə meydançasındadır.
Axar.az xəbər verir ki, maşın sahibi sürücülük hüququndan məhrum edilib, maşın isə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Badamdar qəsəbəsi yaxınlığında yerləşən cərimə meydançasında saxlanılır.
Qeyd edək ki, 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ avromobilin sahibi Zığ-Aeroport yolunda yarışa çıxmışdı. Yutub sosial şəbəkəsində yayılandan və medianın diqqətini cəlb edəndən sonra avtomobil cərimə meydançasına aparıldı, sahibi isə sürücülük hüququndan məhrum edildi.
Millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Deputat həmçinin Zauru tanımadığını da qeyd etmişdi.
Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər