SOCAR icra başçısını məhkəməyə verdi
27-05-2014, 09:05
Oxunub: 3 234
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Binəqədi Rayon Icra Hakimiyyətini məhkəməyə verib
Azvision.az-ın məlumatına görə, 1 saylı Bakı Iqtisad Məhkəməsinə müraciət edən ARDNŞ Icra hakimiyyətindən torpaq mülkiyyəti ilə bağlı verilən sərəncamın ləğv edilməsini istəyir.
Məhkəmə iclası hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilir.
Binəqədi Rayon Icra Hakimiyyətinin başçısı Xaləddin Isgəndərovdur. O, vergilər naziri Fazil Məmmədovun qohumudur. ARDNŞ-lə Binəqədi Rayon Icra Hakimiyyəti arasında çəkişmə hələ Alı Qocayev bu rayonun icra başçısı olandan başlayıb. Məsələnin kökündə isə ARDNŞ-in balansında olan ərazilərin vətəndaşlara satılmasıdır. Elə Alı Qocayevin Binəqədidən uzaqlaşdırılması da bu konfliktlə izah edilir. Görünür, Xaləddin Isgəndərov da Alı Qocayevin yolunu gedir.
ARDNŞ-in Binəqədi Rayon Icra Hakimiyyətini məhkəməyə verməsi Fazil Məmmədovla Rövnəq Abdullayevin üz-üzə gəlməsi kimi də qiymətləndirilir. Hər halda Fazil Məmmədov Xaləddin Isgəndərovun ARDNŞ-lə çəkişməsində qohumunu müdafiə edəcək. Bu isə məsələnin daha da böyüməsi və hakimiyyətdəki iki iri oliqarxın arasında ciddi qarşıdurmanın yaranmasına səbəb ola bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər