Cəlilabadda ildırım 1 nəfəri öldürdü, 2 nəfər yaraladı
27-05-2014, 22:05
Oxunub: 4 072
Azərbaycanın Cəlilabad rayonunda kartof sahəsində işləyən 3 fəhləni ildırım vurub.
Bolgexeber.com xəbər verir ki, apa-nın məlumatına görə, hadisə bu gün Cəlilabad rayonunun Söyüdlü kəndi ərazisində qeydə alınıb. Kartof sahəsində fəhlələr məhsul yığan zaman qəfildən ildırım çaxıb və onlardan 3 nəfərini vurub. Belə ki, Cəlilabadın Söyüdlü kənd sakini, 1953-cü il təvəllüdlü Leylaxanım Bahəddin qızı Abasova ildırım vurmadan hadisə yerindəcə dünyasını dəyişib. Onun oğlu, 1991-ci il təvəllüdlü Mürsəl Əhməd oğlu Abasov və Lənkəran rayon sakini Lətafət Allahverdi qızı Əliyeva isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilsə də, vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, ildırım ölən qadının bədənin əksər hissəsini demək olar ki, külə çevirib.
Qeyd edək ki, ötən ilin mayın 28-də də Cəlilabadın Ocaqlı kəndi ərazisində anoloji hadisə baş verib. O zaman ildırım vurmadan 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər