BolgeXeber.Com » Gündəm » Goranboyda ər arvadını qətlə yetirib

Goranboyda ər arvadını qətlə yetirib

28-05-2014, 14:15
Oxunub: 2 833 Goranboy rayonunda qətl hadisəsi baş verib

Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 27-də Goranboy şəhərində Nicat Həsənov qayınatasının yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Günay Quliyevaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən G.Quliyeva orada dünyasını dəyişib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Həsənov tutulub.