BolgeXeber.Com » Gündəm » Ukrayna rus təyyarəsini vurdu

Ukrayna rus təyyarəsini vurdu

29-05-2014, 08:45
Oxunub: 3 470 Dünən Donetskdə anti-terror əməliyyatlarında iştirak edən Ukrayna ordusu Rusiyaya məxsus pilotsuz təyyarəni vurub

Bu barədə Anti-terror Əməliyyat Mərkəzinin mətbuat katibi Aleksey Dmitraşkovski məlumat verib.Onun sözlərinə görə, pilotsuz təyyarə Ukrayna hərbçiləri tərəfindən yüksək texnologiyalı silahla vurulub: “Bu gün mayın 28-də anti-terror əməliyyatında iştirak edən Ukrayna ordusunun hərbçiləri yüksək texnologiyalı silahla pilotsuz təyyarəni vurublar”.Ələ keçirilmiş aparat araşdırıldıqdan sonra onun Rusiyaya məxsus olduğu bildirilib.