BolgeXeber.Com » Gündəm » Sumqayıtda mənzildən 4600 manatlıq qızıl əşyaları oğurlanıb-VİDEO

Sumqayıtda mənzildən 4600 manatlıq qızıl əşyaları oğurlanıb-VİDEO

29-05-2014, 09:15
Oxunub: 3 476 Sumqayıtda oğurluq edənlər tutuldu

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, vətəndaşa məxsus qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən 3 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin və 1-ci polis bölməsinin keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri 1990-ci il təvəllüdlü Taleh Hüseynov,1992-ci il təvəllüdlu Rauf Tağıyev və 17 yaşlı İlkin Sadiqov saxlanılaraq istintaqa cəlb olunublar.

Araşdırma zamanı məlum olub ki, 3 dost gecə saatlarında əvvəllər tanımadıqları Corat qəsəbə sakini Qərənfil Çələbiyevə məxsus fərdi yaşayış evinə pəncərəni qırma yolu ilə daxıl olublar. Oradan zərərçəkənə məxsus qızıl-zinət əşyalarını və bir ədəd noutbuku götürüblər. Saxlanılan şəxslərin dediyinə görə, evə daxıl olarkən orada heç kim olmayıb.

Saxlanılan şəxslər qanunsuz yolla əldə etdikləri qızıl-ziynət əşyalarını Sumqayıt şəhərində yerləşən ticarət mərkəzlərindən birinə 1500 AZN-ə sataraq əldə etdikləri pulu isə aralarında bölüblər.

Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam edir.