Bu superyaxtanı alan azərbaycanlı kimdir? (FOTO)
29-05-2014, 10:05
Oxunub: 3 833
Xəzər sahilindəki ölkələrdən birindən olan sifarişçinin istəyinə uyğun olaraq yaxta "Caspian" adlandırılıb
"Bu yaxta çox gözəl, zərif və eyni zamanda, güclüdür. Müştərimizin məmnun qalacağına ümid edirik və düşünürük ki, o, mükəmməl məhsulumuzdan razılıqla istifadə edəcək".
"Caspian" modelli superlüks yaxtanı inşa etməyə başlamış "Claydon Reeves" şirkətinin açıqlamasında belə deyilir.
Bolgexeber.com-un milli.az-a istinadən bildirir ki, İngiltərənin Hempşir bölgəsindəki Liminqton şəhərində yerləşən "Claydon Reeves" yaxta şirkəti "Caspian" adlı süperlüks yaxta hazırlayır.
70 metr uzunluğu olan, 12 sərnişin üçün nəzərdə tutulan "Caspian"da 2 VİP və 5 ikiyerlik kayutlar var. Yaxtadakı sərnişinlər üçün 95 kvadratmetrlik istirahət məkanı, habelə 7 metrlik hovuz da nəzərdə tutulub.
Atriumun da yerləşdiyi yuxarı göyərtə istirahət üçündürsə, aşağı göyərtədə bar, trenajor zalı, spa-hovuz və skay-bar var.
İlk dəfə 2011-ci ildə "Monaco Yacht Show"da "Remora" adlı konsept-model kimi göstərilmiş yaxta o vaxtdan bəri yenilənib və staylinqə məruz qalaraq "Caspian" olub.
Şirkətin açıqlamasında bildirilir ki, yaxta "Xəzər sahilindəki ölkələrdən birindən olan sifarişçinin istəyinə uyğun olaraq "Caspian" adlandırılıb". "Claydon Reeves" banilərindən və sahiblərindən biri Ceyms Klaydon sifarişçinin adını, onun hansı ölkədən olduğunu açıqlamayıb.
Lakin Britaniya mediasında, habelə superlükas yaxtalardan bəhs edən saytlarda yer alan məlumatlara görə, "Remora"nın ən son modeli olan "Caspian"ı sifariş verən şəxs azərbaycanlıdır.
Yaxta yanacaq bakları tam doldurulandan sonra 4500 dəniz mili qədər məsafəni limanlara yan almadan qət edə bilir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər