Ağsu və Yasamal sakinləri "Azərsu"nun əlindən dad deyir - NARAZILIQ VAR
29-05-2014, 14:55
Oxunub: 3 771
Şirvanda olan su problemindən yazmışdıq. Rayon sakinləri yenidən redaksiyamıza müraciət edərək bildiriblər ki, şikayətlərindən sonra Şirvan Su Kanal İdarəsinin rəisi “Azərsu” ASC-yə çağırılıb. Bundan sonra Şirvanın bəzi küçələrinə su verilib, digər küçələrə isə əlavə xətlər çəkilməyə başlanıb. Sakinlər deyir ki, əhaliyə su olduğu halda qəsdən verilmirmiş!
“Şirvan kimi şəhərdə hələ yay gəlməmiş bu qədər narazılıq yaradan idarə rəisi Mirmuxtar Məmmədovu “Azərsu” sədri Qorxmaz Hüseynov cəzalandırmaq əvəzinə 14 günlük məzuniyyətə buraxıb ki, get dincəl və camaatı heç vecinə də alma. Qanunla idarə rəisi məzuniyyətə gedəndə səlahiyyətlərini rəsmi şəkildə müavininə verməlidir. Mirmuxtar müəllim isə məzuniyyətə gedəndə idarədə deyib ki, möhürü şkafın gözünə qoymuşam, qızlar da imzamı çəkə bilirlər. Ehtiyac olsa, əvəzimə imza atıb möhür vurarlar. Bundan sonra Mirmuxtar Məmmədov mobil nömrəsini dəyişib və sanatoriyaya dincəlməyə gedib.
Biz Şirvanlıların qara günü Mirmuxtar müəllim məzuniyyətə gedəndən sonra başladı. İdarə rəisi məzuniyyətə gedən kimi Qorxmaz Hüseynov Şirvana xüsusi təyinatlı dəstə göndərdi. Həmin dəstə ticarət, iaşə obyektlərinin sahiblərini smart-kart tipli sayğac almağa məcbur edirlər” – deyə Şirvan sakini deyib. Onun sözlərinə görə, sahibkarlar “Azərsu” ASC-dən 7-8 ay əvvəl pulunu ödəməklə sayğac alıblar: “İndi onlardan yenidən pul yığırlar. Deyirlər smart-kart tipli sayğac almayana su verilməyəcək. Sayğacların dəyişdirilməsinin səbəbini soruşanda “Azərsu” işçiləri bildirirlər ki, gedib qəzetdə şikayət yazanda bilmirdiniz aqibətiniz necə olacaq? Sahibkarlar sayğacların quraşdırılmasına narazılıq etmirlər. Sayğacların qiymətinin bahalığından və onlara pulunu ödənilməsinin tələb olunmasına etiraz edirlər. “Azərsu” tərəfindən sahibkarlara satılan sayğacların qiymətləri belədir: - 20 diametrli sayğac 250 manata, 25 diametrli 600 manata, 32 diametrli sayğac isə 940 manatadır. Sahibkarlar “Azərsu” sədrindən soruşurlar ki, ildə bizə bundan sonra neçə dəfə sayğac satmaq fikirləri vardır? Şirvanlı sahibkarlar kütləvi şəkildə ölkə prezidenti İlham Əliyevə müraciət edərək “Azərsu”nun təqib və təzyiqlərinə son qoyulmasını, əvvəlki sayğacların pulunu ödədikləri üçün yeni sayğacların pulsuz quraşdırılmasına göstəriş verilməsini xahiş edirlər”.
“Azərsu” səlahiyyətlilərindən şikayətçi təkcə Şirvanlılar deyil. Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 44 saylı ünvanda yaşayan sakinlər də “Azərsu” ASC-nin yarıtmaz fəaliyyətindən narazıdırlar. Həmin ünvanın sakinləri Ceyhun Əsgərov, Aysel İsgəndərli, Şəhla Mehdizadə, İmarət Əsgərli, Məleykə İsrafilova və Məlahət Eyvazova “Azərsu” ASC prezidentinə, səhiyyə naziri Oktay Şirəliyevə və fövqəladə hallar naziri Kamaləddin Heydərova müraciət ediblər. Müraciətdə deyilir:
“Bizim yaşadığımız binanın həyətində “Azərsu”ya məxsus baş kanalizasiya xətti tutulduğuna görə 8 aydır ki, çirkab sular həyətin ortasına axaraq iyrənc gölməçələr əmələ gətirib. Axşamlar həmin gölməçələrdə qurbağalar quruldayır. Bu barədə şəxsən Qorxmaz Hüseynova teleqram vurmuşuq, məktubla müraciət etmişik. Amma heç bir tədbir görülmür, prezident fərmanına məhəl qoyulmayaraq biz vətəndaşlara cavab belə verilmir. Bu haqda qaynar xəttə və Yasamal Rayon Su və Kanalizasiya İdarəsinə çoxsaylı zənglərimiz, müraciətlərimiz olub. Amma yenə də nəticə yoxdur. Havalar istiləşib, bizim həyətdəki gölməçədə qurbağalara həşəratlar, milçəklər, siçovullar da qoşulub. İnfeksion xəstəliklərin yayılması təhlükəsi günbəgün artır. Qorxmaz müəllimi həmin gölməçəyə tamaşa etmək üçün bizim ünvana dəvət edirik”.
Redaksiya hər iki şikayətlə bağlı “Azərsu” ASC-nin mövqeyini dərc etməyə hazırdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər