Qardabanidəki iğtişaşlar milli müstəviyə keçdi - VİDEO
29-05-2014, 18:55
Oxunub: 2 527
Bolgexeber.com bildirir ki, aktual.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanın Qardabani rayon mərkəzində azərbaycanlılarla gürcü gəncləri arasında kütləvi dava milli zəmində baş verib.
Məlumatda bildirilir ki, tərəflər arasında qarşıdurma Qardabaninin mərkəzindəki çayxanaların birində baş verib. Kütləvi davaya səbəb isə gürcü gənclərdən birinin azərbaycanlı gənclərin əyləşdiyi masaya yaxınlaşaraq, onları söyməsi olub. Bundan sonra tərəflər elə çayxanadaca əlbəyaxa olublar.
Bir neçə dəqiqədən sonra əllərində dəyənək 100-ə yaxın gürcü çayxananın ətrafını mühasirəyə alıb. Az sonra azərbaycanıların da hadisə yerinə gəlməsi tərəflər arasında qarşıdurmanın kütləvi hal almasına səbəb olub.
Daha sonra əraziyə polis qüvvələri cəlb olunub. Polislərin insidenti yatırmaq cəhdləri boşa çıxdığından, son xəbərdarlıq kimi, göyə rezin güllələr atılıb.
Gürcüstanda yaşayan soydaşlarımızın verdiyi məlumata görə, kütləvi dava zamanı gürcü gənclər “Sizlərə Gürcüstanda yer yoxdur”! “Siz, tatarlarsız, buradan gedin”! kimi şüarlar səsləndiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər