Şamaxıda qardaş qardaşını öldürdü
30-05-2014, 08:55
Oxunub: 3 601
Şamaxıda silahlı insident nəticəsində qardaş qardaşını öldürüb, bir nəfər isə ağır yaralanıb.
Hadisə ötən gün saat 21 radələrində rayonun Sabir qəsəbəsində qeydə alınıb.
İlkin məlumatlara görə, toy mərasimi üçün Moskvadan gələn Mayıs Şahməmmədovla qardaşı Feruz Şahməmmədov arasında mübahisə yaranıb.
Hər iki qardaşın evi bir həyətdə olduğundan Mayıs vaxtilə evinin açarlarını qardaşı Feruza təhfil verib. Evinə gəldiyini deyən Mayıs qardaşından öz evinin açarını istəyib. Qardaşı isə açarları verməyəcəyini və qardaşının bu evdən çıxıb getməsini tələb edib.
Mayısın Şamaxıya gəlməkdə məqsədi isə qardaşı Feruzun qızının toyunda iştirak etmək olub. Feruz isə onları toyda görmək istəmədiyini bildirib. Bu zaman iki qardaş arasında mübahisə düşüb və dava böyüyüb. Feruz üzərində gəzdirdiyi tapança ilə qardaşına bir neçə dəfə atəş açıb. Səs küyə gələn Mayısın 21 yaşlı oğlu Heybət Şahməmmədov da güllə yarası alıb. Yerə yıxılan oğlunu görən Mayıs Şahməmmədov oğlunun öldüyünü zənn edərək qardaşından silahı alıb və Feruz Şahməmmədova bir neçə dəfə atəş açıb. Nəticədə Feruz hadisə yerində dünyasını dəyişib.
Heybət Şahməmmədov Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Qardaşını öldürən Mayıs Şahməmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər