«Azərsığorta»dan inanılmaz fırıldaq
30-05-2014, 11:30
Oxunub: 7 530
Sığorta şirkəti müştərisinə dəymiş zərərə görə, 2000 manat təklif edib, amma adına 5000 manat yazdırır
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əksəriyyəti ya düzgün işləmir, ya da vətəndaşları məmnun etmir. Buna səbəb həmin şirkətlərin daha çox pul qazanmaq həvəsi və müştərilərini şirnikləndirmək yolu ilə aldatmasından ibarətdir.
Hazırda Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir. Onlardan biri isə «Azərisığorta»dır. Nizamnamə kapitalı 2 milyon manat olan bu şirkət isə ümumilikdə, fırıldaqçılıqda ad çıxarıb. Bunu təbii ki, biz yox, sığorta şirkətinin müştəriləri deyirlər.
Bu yaxınlarda üzləşdiyi problemlə əlaqədar müştərisi olduğu «Azərsığorta» şirkətinə üz tutan vətəndaşlardan biri qəribə təkliflə qarşılaşıb. Adının çəkilməsini istəməyən həmin şəxs bildirib ki, yaşadığı problemlə əlaqədar sığortaladığı əmlakına dəyən zərərə görə haqqını almaq istəyib. Elə şirkət də buna etiraz etməyib. Amma bir şərtlə ki, bəzi sənədlərə qol çəkməliymiş.
Belə ki, üzləşdiyi problemdən dolayı dəyən zərər 2000 manat olsa da, «Azərisığorta» şirkətinin nümayəndəsi rəqəmi şişirdərək, 5000 manata çatdırıb. Elə düşünməyin ki, yazılan məbləğin hamısı vətəndaşa verilib. Əksinə, şirkətin rəsmisi müştəriyə təklif edib ki, ona dəyən 2000 manat qeyri-şərtsiz ödəniləcək. Amma o, sənəddə 5000 manata imza atmalıdır. Və bu da onların «qazancı»dır.
Bundan başqa, «Azərisığorta» şirkətinin və filiallarının başqa maliyyə fırıldaqlarının olduğu da deyilir. Hazırda bizə daxil olan məlumatları araşdırmaqla məşğuluq. Bizi izləyin!
Tia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər