Bakıda toydan qayıdan gənc ailə qəzaya uğradı: 2 ölü, 2 yaralı (VİDEO)
31-05-2014, 10:20
Oxunub: 3 755
[img=left]uploads/1401517595_qeza`-gece.jpg[/img]Bakının Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib
Bolgexeber.com bildirir ki, apa-nın məlumatına görə gənc ailə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrliyində yol qəzasına uğrayıb.
29 yaşlı Nəcəfov Emin Şakir oğlunun idarə etdiyi «Audi» markalı avtomobil dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü və 5 yaşlı Xəyyam Nəcəfov hadisə yerində dünyalarını dəyişiblər. Sürücünün həyat yoldaşı, 29 yaşlı Nəcəfova Xəyalə Əli qızı və digər övladı, 2 yaşlı Elmir Nəcəfov isə xəsarətlər alıblar.
Meyitlər deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər və meyitlər avtomobildən çıxarılıb.
İlkin məlumata görə, gənc ailə Bakıdan toydan qayıdırmış və Sahil qəsəbəsinə gedirmiş. Ailə başçısı avtomobili sərxoş vəziyyətdə və sürətlə idarə edib, nəticədə idarəetməni itirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər