BolgeXeber.Com » Gündəm » Nikoil-Bank-da vətəndaşların pulu ilə yanaşı vaxtlarını da alırlar

Nikoil-Bank-da vətəndaşların pulu ilə yanaşı vaxtlarını da alırlar

31-05-2014, 16:15
Oxunub: 3 621 Azərbaycanda bank sektoru sürətlə inkişaf edir. Demək olar ki, son 10 ildə ölkədə əməlli başlı bank rəqabəti başlayıb. Banklar müxtəlif aksiyalarla müştəriləri özünə cəlb edir, xidmət sahəsini artırır, yeni-yeni kompaniyalar həyata keçirməklə müştəri qazanırlar. Əlbətdə, rəqabət olan sektorda belə addımların atılması normaldır və bu belə də olmalıdır. Təbii ki, vətəndaş da xidmətlərə və qaydalara diqqət edərək hansı bankla işləməyi özü seçir.

Amma Azərbaycanda bəzi banklar da var ki, onların varlığı ilə yoxluğu hiss olunmur. Daha doğrusu, təmtəraqlı ofisləri, işçilərlə dolu otaqları olsa da, bank bazarında uğur qazana bilməyiblər, insanları heç nə ilə özlərinə cəlb etməyi bacarmayıblar. Bir qədər də dəqiqləşdirsək, vətəndaşların diqqətini heç nə ilə özlərinə cəlb edə bilməyiblər. Əksinə, göstərdikləri soyuq münasibət, lazımsız daxili qaydaları, qeyri -ciddi xidmətləri ilə insanları özlərindən narazı salırlar. Belə banklardan biri kimi NİKOIL | BANK-ı gördüm.

Ötən günlərdə bu bankın xidmətlərindən yararlanmaq istəyən yaxın adamların biri ilə 28 may metrosu yaxınlığında yerləşən banka getdik. Yuxarıda qeyd etdiyim kimi, bankın əla ofisi və şəraiti var. Amma insanlara bunlarla yanaşı xidmətin də əla göstərilməsi daha vacibdir. Çox adi bir suala cavab almaq üçün nömrə götürməyimizi tələb edirlər. Bu normal və sivil haldır. Nömrəni götürürük. 110-cu… Divarda asılan lövhədə isə hələ 86-çıdır. Deməli 24 adamdan sonra biz bir söz soruşmalıyıq. Gözləyirik. 40 dəqiqə keçir. Hələ lövhədə 86-cıdır. 1 saat olur. 86 dəyişib 68 olur. 2 saat keçir. Yenə 68-çidir. Təbii ki, bizim bankda gecələmək fikrimiz yoxdur və nömrəmizi bank işçisinə qaytarıb başqa banka gedirik və bir neçə dəqiqə ərzində problemimiz həll olunur və banka 50 manat xeyir də veririk. Bizdə, “bax bank belə işləyər” təsəvvürü yaranır.

Ən qəribəsi odur ki, NİKOIL | BANK-da olduğumuz 2 saat ərisində bank işçilərinin bir-biri ilə zarafatlaşmasının, onların işdən daha çox burada istirahətə gəlmiş kimi özlərini aparmasının şahidi olduq. Elə bəlkə də bu səbədən NİKOIL | BANK ciddi uğurlar qazana bimir. Və yaxud bank rəhbərliyi üçün belə lazmdır – sadəcə bankın varlığını qoruyub saxlamaq.

Elə isə ortaya maraqlı suallar çıxır. Əgər hər hansısa bank uğur qazanmaq üçün çalışmırsa, yeni-yeni layihələr həyata keçirməyi lazım bilmirsə və nəticədə müştəri qazanmırsa, o zaman niyə fəaliyyət göstərir? Məqsəd nədir? Niyə bu qədər işçi kontingenti saxlanılır? Bu suallar kifayət qədər ciddir və araşdırlmaya ehtiyacı olan suallardır. Təbii ki, söhbət tək NİKOIL | BANK-dan getmir. NİKOIL | BANK kimi onlarla bank saymaq olar ki, uğur qazanmaq üçün ciddi çalışmır, müştərilərə ciddi xitmət təklif edə bilmir.

Bir müştəri olaraq NİKOIL | BANK rəhbərliyinə deyım ki, adi bir əməliyyat üçün müştərinin 2 saat vaxtını almaq və sonluqda narazı saxlamaq banka ziyandan başqa bir şey deyil…

Bir sözlə, bir müştəri olaraq NİKOIL | BANK-ın xidmətləri məni qane etmədi və təbii ki, məndə bir daha bu bankla əməkdaşlıq etmək istəyi yaranmadı. Əslində belə olmamalı idi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.