Balakəndə məmurlar birləşib büdcəni talayırlar
31-05-2014, 18:05
Oxunub: 3 505
Təhsil Şöbəsinin müdiri cari təmir işlərini saxta tender oyunu ilə özünə yaxın olan şəxslərin müəsissələrinə verərək maxinasiya həyata keçirir
Balakəndən daxil olan məlumata görə, təhsil şöbəsinin müdiri Mahir Dibirov rayon maliyyə idarəsinin müdiri Mahir Mikayılovla birləşərək hər il dövlətin yüz min manatlarla vəsaitini mənimsəyirlər
İnformasiya mənbəmiz bildirir ki, hər il rayon maliyyə idarəsindən daxili büdcə adı altında Təhsil Şöbəsinin balansında olan kənd orta məktəblərinin cari təmiri üçün külli-miqdarda vəsait ayrılır. Son 3 ildə kənd orta məktəblərinin cari təmiri üçün rayon büdcəsindən 500 min manatdan artıq vəsait ayrılıb.
Məlumatlı mənbəmiz bildirir ki, Təhsil Şöbəsinin müdiri cari təmir işlərini saxta tender oyunu ilə özünə yaxın olan şəxslərin müəsissələrinə verərək maxinasiya həyata keçirir. Təhsil Şöbəsi müdirinin həyata keçirdiyi maliyyə maxinasiyandan əldə olunan gəlirin 25 faizi Mahir Mikayılova, 40 faizi icra başçısına yerdə qalanı isə Mahir Dibirovla tikinti şirkətinin rəhbərliyinə çatır. Məlumatlı şəxs qeyd edir ki, son 3 ildə Sarıbulaq, Hənifə, Şambulbinə, Qabaqçöl, Qaysa, Meşəşambul, Xalatala, Qaravəli, Qarahacılı, Bedağar, Şambul, Qazbölük, 1 saylı Şərif, 2 saylı Yeni Şərif kənd orta məktəblərin cari təmirinə yuxarıda qeyd etdiyimiz vəsait ayrılıb. Amma hazırda həmin kənd məktəblərinin əksəriyyəti bütövlükdə təmirə ehtiyyacı var. Çünki Balakən Təhsil Şöbəsinin müdiri Mahir Dibirov rayon maliyyə idarəsinin müdiri adaşı Mahir Mikayılovla birləşərək cari təmir işlərinin arxasından keçiblər.
Mənbəmiz bildirir ki, “qeyd etdiyim kənd orta məktəblərinin binaları kosmetik cari təmirə məruz qalıb”. Yəni Mahir Dibirovun müqavilə bağladığı müəsissə rəhbərləri onlara “deyildiyi kimi” təmir işləri həyata keçiriblər.
Məlumatlı şəxs iddia edir ki, cari təmir işlərinin sənədlərində işlədilən bir çox mal-matrealların qiymətləri isə Təhsil Şöbəsinin müdiri ilə müəsissə rəhbərləri tərəfindən azı 3 dəfə şişirdilib. Məhz bunların nəticəsidir ki, Balakən Təhsil Şöbəsinin müdiri artıq özünü kiçik oliqarx gözündə görür. Belə olmasaydı şöbə müdiri paytaxtda dəbdəbəli imarət, bina evi xarici aftomobil və sair obyektlər əldə etməzdi. Qeyd edək ki, Balakən Təhsil Şöbəsinin müdiri Mahir Dibirovun “dərnəklər maxinasiyası” ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyanı araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik. (gunxeber.com)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər