Azərbaycan polisinə yeni xarici avtomobillər verilib
27-10-2011, 11:55
Oxunub: 6 559
Yeni avtomobillər yüksək manevr imkanlarına malikdir...
Bakı şəhərində yeni polis maşınları peyda olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında bildirdi ki, Azərbaycanın Dövlət Müstəqiliyinin 20 illiyi ərəfəsində DİN-in Baş Mühafizə İdarəsinə xidməti istifadə üçün 30 ədəd Almaniya istehsalı olan “Wolksvagen-Polo” markalı avtomobillər verilib.
Nazirlik rəsmisinin sözlərinə görə, yüksək manevr imkanlarına və az yanacaq sərfiyyatına malik olan yeni avtomobillər ictimai asayişin təmini, mühafizə xidməti əməkdaşlarının operativ və səmərəli fəaliyyəti üçün əlavə imkan yaradır.
E.Zahidov qeyd etdi ki, yeni avtomobillər Bakı, Sumqayıt, Gəncə, Abşeron, Lənkəran şəhərlərinin mühafizə xidmətlərinin əməkdaşlarına verilib. Gələcəkdə digər rayonların da bu cür avtomobillərlə təmin olunması işi davam etdiriləcək.
E.Zahidov vurğuladı ki, bu Ali baş komandanın daxili işlər orqanlarına yüksək diqqət və qayğısının, eyni zamanda ölkəmizin iqtisadi gücünün getdikcə artmasının göstəricisidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər