BolgeXeber.Com » Gündəm » Bu gün Uşaqların Beynəlxalq Müdafiə Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiə Günüdür

1-06-2014, 12:05
Oxunub: 4 358 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

1950-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən hər il noyabrın 20-də Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü"1954-cü ildə BMT -nin Baş Assambleyasının qətnaməsində 1956-cı ildən başlayaraq bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.