“Aqrolizinq”in vəzifəli şəxslərinə cinayət işi açıldı
2-06-2014, 16:00
Oxunub: 3 269
Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb
Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Prokurorluğun mətbuat xidmətindəna Bolgexeber.com-a daxil olan xəbərdə bildirilir ki, aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər