BolgeXeber.Com » Gündəm » İlham Əliyev 2 sərəncam imzaladı

İlham Əliyev 2 sərəncam imzaladı

2-06-2014, 19:10
Oxunub: 3 886 Prezident İlham Əliyev mülki aviasiya işçilərinə fəxri adlar verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Prezidentin sərəncamı ilə mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə Əmiraslanov Valeh Şamil oğlu "Əməkdar Mühəndis", Əhmədov Səyəddin Əhmədoviç, Novruzov Bəhlul Süleymanoviç, Rublyov Serqey Yuryeviç və Talonin Anatoliy Mixayloviçə "Əməkdar Pilot", Bağırova Nadejda Qurbanovna isə "Əməkdar Həkim" fəxri adına layiq görülüb.

Azərbaycan Prezidentinin digər sərəncamına əsasən, Ayutov Davud Xasyanoviç, Cəfərov İlham Müzəffər oğlu, Dbila Jaouad, Xəlilov Yaşar Fərəməz oğlu və Məmmədov Nazim Abdin oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər

***
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Bolgexeber.com prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sənədə əsasən, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sərəncamda, həmçinin qeyd olunur ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.