BolgeXeber.Com » Gündəm » Futbol üzrə XX dünya çempionatı həyəcanı başlayır-VİDEO

Futbol üzrə XX dünya çempionatı həyəcanı başlayır-VİDEO

3-06-2014, 09:10
Oxunub: 4 553 İyunun 12-si, cümə axşamı, Braziliya, futbol...

Bu ölkədə dünya çempionatını keçirilməsi əleyhinə aksiyalar ara vermir. Ölkənin iki ən böyük şəhəri olan San-Paulu və Rio-de-Janeyroda nümayiş və tətillər təşkil edilir. Dünya çempionatına hazırlıq məqsədilə dövlət büdcəsindən vəsait ayrılmasına etiraz əlaməti olaraq keçirilən nümayişlərdə hökumətdən ölkənin səhiyyə və təhsil sistemlərinin maliyyələşdirilməsinin artırılması tələb edilir. Qeyd edək ki, dünya çempionatının büdcəsi 11 milyarddır. Hakimiyyət turnir zamanı kütləvi etiraz aksiyalarının keçiriləcəyini gözləyir və danışıqlar yolu ilə aksiyaların qarşısını almağa çalışır.


Amma problem təkcə etiraz aksiyaları ilə bitmir. Braziliya Peşəkar Futbol Federasiyası havaların isti olması ilə əlaqədar oyunların keçirilmə vaxtına etiraz edir. FİFA bildirib ki, məsələnin araşdırılması üçün iki il sərf edib. Qurum əmin edib ki, isti hava şəraiti idmançıların sağlığına təsir etməyəcək. Braziliya Peşəkar Futbol Federasiyası 24 oyunun vaxtının dəyişdirilməsini təklif edib. Qurum bildirib ki, həmin saatlarda hava çox isti olur. Ona görə oyun zamanı futbolçuların susuzluğunu aradan qaldırmaq üçün iki dəqiqəlik fasilə verilməsi təklifi ilə də çıxış edib. FİFA isə belə fasiləyə ehtiyac olmadığını bildirib, məsələ ilə bağlı qərar hava şəraitindən asılı olacaq.

Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatı bir sıra yeniliklərlə tarixə düşəcək. Məhz qarşıdakı mundialda topun qapıdan keçməsini müəyyənləşdirən sistem tətbiq olunacaq. Hazırda lazımi qurğunun oyunları qəbul edəcək bütün 12 stadionda yerləşdirilmə prosesi gedir. Meydanın və stadionun perimetri boyunca 14, qapıçı meydançasında isə 7 kamera yerləşdiriləcək. Top qapı xəttini keçəcəyi halda, bir saniyə ərzində informasiya baş hakim və onun köməkçilərinin saatlarına daxil olacaq.
Azərbaycandan uzaq qitədə keçirilən çempionatın oyunlarının başlama saatı da futbol həvəskarları üçün o qədər də sevindirici deyil bəlkə də... Belə ki, oyunlar Bakı vaxtı ilə saat 21:00, 00:00, 01:00, 03:00 və 06:00-da keçiriləcək.

Braziliya futbolunun canlı əfsanəsi Pele bütün problemlərə baxmayaraq mundialın uğurlu alınacağına inandığını bildirib: “Mən dünya çempionatının uğurlu alınacağına şübhə etmirəm. Qarşıdakı mundialda fantastik şou olacağına inanıram”.

Final raundunda 32 milli komanda iştirak edir. Mundialda 32 komanda hərəsində dörd iştirakçı olmaqla 8 qrupda yarışacaq və qruplarda ilk iki yeri tutanlar sonra mübarizəni 1/8 finalda “uduzan çıxır” prinsipiylə davam etdirəcəklər: Komanda və qruplar belə sıralanıb:

A qrupu
Braziliya
Xorvatiya
Meksika
Kamerun

B qrupu
İspaniya
Hollandiya
Çili
Avstraliya

C qrupu
Kolumbiya
Yunanıstan
Fil Dişi Sahili
Yaponiya

D qrupu
Uruqvay
Kosta Rika
İngiltərə
İtaliya

E qrupu
İsveçrə
Ekvador
Fransa
Honduras

F qrupu
Argentina
Bosniya
İran
Nigeriya

G qrupu
Almaniya
Portuqaliya
Qana
ABŞ

H qrupu
Belçika
Əlcəzair
Rusiya
Cənubi Koreya.

Ən dəyərli, ən zəif, ən şanslı...

Ən dəyərli komanda siyahısına meydan sahibi Braziliya başçılıq edir. “Sambaçılar”ın ümumi dəyəri 508,7 milyon dollardı. İkinci pilləni son dünya çempionu İspaniya tutur - 504 milyon avro. İlk “üçlüy”ü Lionel Messili Argentina tutur - 475,2 milyon dollar.
“Dünya çempionatında zəif komanda yoxdur” deyilsə də, mundial iştirakçıları sırasında 10 ən zəif komandanın siyahısı da müəyyənləşib.

Siyahıda Meksika, Yaponiya, Cənubi Koreya və Kamerun kimi komandalar var. Həmin komandalar məhz FİFA-nın reytinqinə əsasən “ən zəiflər” sırasına daxil ediliblər.
1. Meksika: Komanda pley-off mərhələsində Yeni Zellandiyanı məğlub edərək dünya çempionatına vəsiqə qazandı. Ancaq Meksikanın seçmə mərhələdəki zəif çıxışı onları FİFA reytinqində 24-cü pilləyə qədər geri saldı.

2. Kosta-Rika: Bu komanda da Meksika kimi Amerika zonasından dünya çempionatına vəsiqəni təmin etdi. Lakin Meksika millisindən fərqli olaraq Kosta-Rika yığması mundiala pley-off-dan deyil, birbaşa vəsiqə qazandı ki, bu da onların FİFA reytinqində irəliləməsinə gətirib çıxardı.

3. Əlcəzair: Afrika təmsilçisi ilk öncə qrup mərhələsini uğurla başa vurdu. Ardından pley-off mərhələsində Burkina Fasonu səfər qolu hesabına üstələyən Əlcəzair dünya çempionatında iştirak etmək hüququ əldə etdi.

4. Nigeriya: Bu yığma son Afrika çempionu olsa da, qitənin ən yaxşıları siyahısında deyil. Bununla belə, pley-off mərhələsində Efiopiyanı məğlub edən Nigeriya yığması Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

5. Honduras: KONKAKAF zonasından dünya çempionatına birbaşa vəsiqə qazanan nadir komandalardan biridir.

6. Yaponiya: Asiyanın ən güclü və maraqlı komandasıdır.

7. İran: 20 ildən sonra yenidən problemsiz dünya çempionatına yollanır.

8. Cənubi Koreya: Çoxları dünya çempionatını Cənubi Koreyasız təsəvvür edə bilmir. Asiya təmsilçisi 1986-cı ildən bəri bütün mundiallarda iştirak edib.

9. Avstraliya: Hazırki reytinq Avstraliya millisinin çətin günlər keçirdiyini göstərir. Lakin Asiya Futbol Federasiyası bu yığmanın dünya çempionatına yollanması şərtlərini sadələşdirib.

10. Kamerun: Dünya çempionatının iştirakçıları arasında FİFA reytinqində ən zəif komandadır.

“Bəs, mundialın qalibi kim olacaq” sorğusuna gəlincə, beynəlxalq statistika şirkəti “Opta” maraqlı rəqəmlər təqdim edib.

Şirkətin açıqladığı rəqəmlərə görə, kuboku qazanacaq əsas favorit ev sahibi Braziliyadır (23,5 %).

“Opta” finalda Braziliyaya rəqib kimi Almaniyanın olacağını iddia edib. Almaniyanın kuboku qazanmaq şansı 16,5 faiz göstərilib.

Favoritlər sırasında 3-cü isə İspaniyadır. Son iki mundialın qalib gəlmə şansı 13,8 faiz dəyərləndirilib.

“Opta” Qana, Əlcəzair, Avstraliya və Kameruna isə heç bir şans verməyib (0 %).
Dünya futbol çempionatının təqvimini oxucuların diqqətinə çatdırır.

Qrup mərhələsi

13 iyun: Braziliya - Xorvatiya (A)
13 iyun: Meksika - Kamerun (A)
13 iyun: İspaniya - Hollandiya (B)
14 iyun: Çili - Avstraliya (B)
14 iyun: Kolumbiya - Yunanıstan (C)
14 iyun: Uruqvay - Kosta-Rika (D)
15 iyun: İngiltərə - İtaliya (D)
15 iyun: Fil Dişi Sahili - Yaponiya (C)
15 iyun: İsveçrə - Ekvador (E)
15 iyun: Fransa - Honduras (E)
16 iyun: Argentina - Bosniya (F)
16 iyun: Almaniya - Portuqaliya (G)
16 iyun: İran - Nigeriya (F)
17 iyun: Qana - ABŞ (G)
17 iyun: Belçika - Əlcəzair (H)
17 iyun: Braziliya - Meksika(A)
18 iyun: Rusiya - Cənubi Koreya (H)
18 iyun: Avstraliya - Hollandiya (B)
18 iyun: İspaniya - Çili (B)
19 iyun: Kamerun - Xorvatiya (A)
19 iyun: Kolumbiya - Fil Dişi Sahili (C)
19 iyun: Uruqvay - İngiltərə (D)
20 iyun: Yaponiya - Yunanıstan (C)
20 iyun: İtaliya - Kosta Rika (D)
20 iyun: İsveçrə - Fransa (E)
21 iyun: Honduras - Ekvador (E)
21 iyun: Argentina - İran (F)
21 iyun: Almaniya - Qana (G)
22 iyun: Nigeriya - Bosniya (F)
22 iyun: Belçika - Rusiya (H)
22 iyun: Cənubi Koreya - Əlcəzair (H)
23 iyun: ABŞ - Portuqaliya (G)
23 iyun: Avstraliya - İspaniya (B)
23 iyun: Hollandiya - Çili (B)
24 iyun: Kamerun - Braziliya (A)
24 iyun: Xorvatiya - Meksika (A)
24 iyun: İtaliya - Uruqvay (D)
24 iyun: Kosta Rika - İngiltərə (D)
25 iyun: Yaponiya - Kolumbiya (C)
25 iyun: Yunanıstan - Fil Dişi Sahili (C)
25 iyun: Nigeriya - Argentina (F)
25 iyun: Bosniya - İran (F)
26 iyun: Honduras - İsveçrə (E)
26 iyun: Ekvador - Fransa (E)
26 iyun: ABŞ - Almaniya (G)
26 iyun: Portuqaliya - Qana (G)
27 iyun: Cənubi Koreya - Belçika (H)
27 iyun: Əlcəzair - Rusiya (H)
1/8 final
1) 28 iyun: 1 A - 2 B
2) 29 iyun: 1 C - 2 D
3) 29 iyun: 1 B - 2 A
4) 30 iyun: 1 D - 2 C
5) 30 iyun: 1 E - 2 F
6) 1 iyul: 1 G - 2 H
7) 1 iyul: 1 F - 2 E
8) 2 iyul: 1 H - 2 G
1/4 final
a) 4 iyul: 5 - 6
b) 5 iyul: 1 - 2
c) 5 iyul: 7 - 8
d) 6 iyul: 3 - 4
1/2 final
9 iyul: b - a
10 iyul: d - c
13 iyul: 3-cü yer uğrunda oyun
13 iyul: Final


musavat