Kərəm Həsənovun topladığı «əlavə rüsumlar»
3-06-2014, 13:45
Oxunub: 4 633
Təkcə Məhəmməd İmanovun Quba rayonun Qətrəc kəndindəki villasının qiymətinin yarım milyonu aşdığı qeyd olunur
Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət reyster Xidmətinin rəisi Məhəmməd İmanov Komitəninin rayonlarda fəaliyyət götərən bütün Ərazi İdarələrinə aylıq rüşvət planı qoyub.
Bu barədə Pia.az-a daxil olan məlumatda bildirilir ki, daşınmaz əmlaka texniei pasport verildiyi zaman dövlət rüsumundan əlavə vətəndaşlardan «haqq» alınır. Əlavə «haqq» dövlət rüsumundan dəfələrlə çox olur. Məhəmməd İmanov məhz bu əlavə «haqq» üzərində Ərazi İdarələrinin müdirlərinə «plan» verib. «Plan» ödənildikdən sonra qalan vəsait idarə müdirlərinə çatır. Faktiki olaraq hər ay Ərazi İdarələrinin müdirlərindən on min manatlarla vəsait toplanır. Toplanan vəsaitlər isə Məhəmməd İmanova çatdırılır.
Məlumatlı mənbəninin bildirdiyinə görə ayrı-ayrı regionlarda Məhəmməd İmanovun «canişinləri» var və bu «canişinlər» rayon Ərazi İdarələrindən həmin «planı» toplamaqla məşğul olurlar. Misal üçün Qarabağ və bəzi Aran rayonlarında Məhəmməd İmanovun «canişini» rolunu Beyləqan 6 saylı Ərazi İdarəsinin Qeydiyyat şöbəsinin müdiri Zaman İmanov həyata keçirir. Bildirilir ki, 15-ə qədər rayon Ərazi İdarələrini öz nəzarətində saxlayan Zaman İmanov texniki pasportlar üçün əlavə «rüsumlar» da təyin edir. 3-gün müddətində texniki pasport almaq istəyənlər dövlət rüsumundan və «əlavə haqqdan» başqa 500 manat verməlidirlər. Texniki pasportu 1 həftəyə almaq istəyənlərsə, 300 manat ödəyirlər. Daşınmaz əmlakının dəyərinin olduğundan artıq göstərilməsi üçündə Zaman İmanov qiymətlər təyin edib.
Məlumatlı mənbə bildirir ki, son iki ildə Zaman İmanov Ağcabədi rayonunda 700 evə, 200-dən artıq biznes strukturuna, həmçinin dövlət əmlakına texniki pasport verib. Beyləqan rayonunda 550 evə, və 120 «obyektə», İmişli rayonunda isə 800 evə və 300-dən artıq «obyektə» texniki pasport verilib. Belə ki, hər bir ev üçün 800 manat və hərbir biznes strukturu, həmçinin dövlət əmlakı üçün 2000 min manat «əlavə haqq» alınır. Bura təcili və dəyər qiymətlərini də əlavə etdikdə Zaman İmanovun aylıq «planı» ödədikdən sonra gəlirinin həddindən artıq böyük olduğu qeyd olunur.
Bundan başqa mənbə bildirir ki, son iki ldə Məhəmməd və Zaman İmanov qardaşlarının özəlləşdirilmək üçün satışa çıxarılan bir çox dövlət obyektlərinin qeydiyyata alınması, həmçinin qiymətlərinin aşağı salınması maxinasiyalarından əldə etdikləri gəlir 1 milyon manatdan çox olub.
Əldə etdikləri qanunsuz gəlirlər hesabına oliqarxa çevrilən İmanov qardaşlarının mal varlıqlarının milyonlarla manat olduğu bildirilir. Təkcə Məhəmməd İmanovun Quba rayonun Qətrəc kəndindəki villasının qiymətinin yarım milyonu aşdığı qeyd olunur. Hazırda isə qardaşının möhtəşəm villasının yanında Zaman İmanov da hündürmərtəbəli villa tikir.
Məlumatda göstərilir ki, Məhəmməd İmanov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əsas yardımçılarından biri hesab olunur və toplanan vəsaitlərin hər bir manatı barədə Kərəm Həsənovun məlumatı olur.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər