BolgeXeber.Com » Gündəm » İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul edib

İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul edib

3-06-2014, 21:05
Oxunub: 3 524 Azərbaycanla BP şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib. Bolgexeber.com-un məlumatına görə, görüşdə Azərbaycanla BP şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirildiyi məmnunluqla qeyd olunub.
Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında dünyanın xeyli sayda ölkə və şirkətlərinin iştirakının önəmi vurğulanıb. Bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.