Şəkidə yüksək vəzifəli məmur həbs olundu
3-06-2014, 21:20
Oxunub: 3 103
Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan xəbərə görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı Kənd Təsərrüfatı Nazirliyinin Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəmə və israf etmə yolu ilə talamasında, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməyərək dövlətin, eləcə də “Aqrolizinq” ASC-nin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bolgexeber.com-a
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər