Sabiq İH başçisini ölkədən çixmağa qoymayiblar
28-10-2011, 13:30
Oxunub: 2 938
Qazax rayonunun İcra Hakimiyyəti başçısı Rauf Hüseynov vəzifədən azad edilməsi barədə xəbəri İH binasındakı kabinetində dövlət televiziyasının xəbərlər proqramının axşam buraxılışını izləyərkən öyrənib.
Bu vaxt onun yanında bir müavini və başqa bir yaxın şəxs olub. İcra başçısı işdən azad edilməsi barədə sərəncamın oxunuşu zamanı başını tutub və bir neçə dəqiqə sonra huşunu itirib, bu zaman onun qan təzyiqi yüksəlib.
Qazeta.azerisayt-ın xəbərin görə, İcra Hakimiyyətinin binasına çox keçmədən təcili tibbi yardım maşını gəlib. Həkimlərin ilkin müdaxiləsindən sonra Rauf Hüseynovun səhhəti normallaşıb.
Sayt yazır ki, Rauf Hüseynov işdən azad edilməsinin ertəsi gün İcra Hakimiyyətinin binasına gəlib, sonuncu dəfə kabinetində özünə məxsus müəyyən əşyaların yığılmasına nəzarət edib, ardınca İcra Hakimiyyətinin məsul şəxslərinin, yerli dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə kiçik vida müşavirəsi keçirib. Məlumatlı şəxsin sözlərinə görə, işdən azad edilməsindən təxminən 7-8 gün sonra Rauf Hüseynov Bakıya gəlib və Almaniyaya getmək istəyib. Amma hava limanında onu saxlayıblar və ölkəni tərk etməsinin hələlik məqsədəuyğun olmadığını deyiblər.
Qazeta.azerisayt-ın məlumatına görə, Rauf Hüseynovu Almaniya ilə nöhkəm tellər bağlayır. Onun oğlu bu ölkədə yaşayır və oxuyur. İkincisi, Rauf Hüseynovun Almaniyada bir neçə biznes obyekti var, onların başında isə tikiş fabriki gəlir. Sabiq icra başçısı oğlu ilə görüşmək üçün Almaniyaya getdiyini desə və ölkədən çıxması üçün heç bir hüquqi əngəl olmadığını diqqətə çatdırsa da, hava limanının əməkdaşları Rauf Hüseynovdan göstərişin "yuxarılar"dan verildiyini, ona görə də problem yaratmamasını istəyiblər. Hüseynov göstərişə tabe olub və geri qayıdıb.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət