BolgeXeber.Com » Gündəm » Kürdəmirin icra başçısı Qocalı kəndində səyyar qəbul keçirdi

Kürdəmirin icra başçısı Qocalı kəndində səyyar qəbul keçirdi

5-06-2014, 16:20
Oxunub: 4 099 İyunun 5-də rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qocalı kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirilmişdir

Qocalı kənd inzibati ərazi dairəsinə daxil olan Qocalı , Xəlsə , Pirəköçə və Beyi kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qocalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Yunusov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışmış, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırmışdır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri ziyalı Səməd Bədəlov,Qarabağ müharibəsi iştirakçısı Nəsir Nəsirov ,təqaüdçü Müşkinaz Hüseynova və digərləri çıxış edərək nümayəndəliyə təbii qaz xəttinin çəkilməsini, kənddaxili su kanallarının lildən təmizlənməsinə köməklik göstərilməsini və istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi barədə müraciət etmişlər
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Görüşü yekunlaşdıran İcra Başçısı Ceyhun Cəfərov kənd sakinlərini diqqətlə dinlədikdən sonra bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən biz əhali ilə yerlərdə görüşüb onların problemləri ilə yerindəcə maraqlanır və tədbirlər görürük. Biz də ilk növbədə yerlərdə əhali ilə səyyar qəbullar zamanı qaldırılan təkliflərin qısa zaman kəsiyində həllinə çalışırıq. Əsasən yolların abadlaşdırılmasına, asfaltlaşdırılmasına mühüm diqqət yetiririk. Əhaliyə təbii qazın verilməsi də ön plandadır.
İcra başçısı görüşlərdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini söyləyərək cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.