BolgeXeber.Com » Gündəm » Taksi sürücüləri maşınsız qala bilərlər (VİDEO)

Taksi sürücüləri maşınsız qala bilərlər (VİDEO)

6-06-2014, 09:00
Oxunub: 4 667 Taksi sürücüləri avtomobillərini itirmək təhlükəsi ilə üz-üzə qalıb

"İnter+" şirkəti bankdan pul götürərək avtomobillər alıb və onu işə götürdüyü bu şəxslərə taksi fəaliyyəti ilə məşğul olmaları üçün verib. Sürücülərin isə qarşısına öhdəliklər qoyulub. Belə ki hər bir sürücü günlük plan doldurmalı və 19-21 manat arasında ödəniş etməlidir. Özü də nə az, nə çox - 5 il ərzində. Sürücülərin tək təsəllisi o olub ki, şirkətin qaydalarına əsasən 5 ildən sonra avtomobil sürücüyə qalacaq və heç bir plan ödəmədən azad şəkildə çalışacaq. Ancaq 5 il də tamam olub və hər biri təxminən 36000 manata kimi pul ödəyib. Şirkətin banka külli miqdarda borcu olduğu üçün avtomobillərin müsadirə olunma təhlükəsi var.

Məsələni aydınlaşdırmaq üçün şirkətin ofisinə yollandıq. Direktorun yerində olmadığı bildirildi. Roma adlı şəxsdən direktora xəbər verilməsini xahiş etdik. Uzunmüddətli telefon danışığından sonra qeyri-müəyyən cavab aldıq.

Ofisi tərk etmək istəyəndə isə sürücülər direktorun yolda göründüyünü dedilər. O isə kamera və mikrofonumuzu görən kimi qaçmağa üstünlük verdi.

Məsələ ilə əlaqədar Beynəlxalq Bankdan bildirildi ki, “İnter+” MMC ilə bank arasında 2008 və 2009-cu il tarixlərdə kredit müqaviləsi imzalanıb. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə onların mülkiyyərində olan yaşayış evləri və “İnter+” MMC-nin mülkiyyətində olan avtomobillər ipoteka yüklü edilib.

Müqavilə müddətinin bitməsinə baxmayaraq Borc alan tərəfindən Banka ödəmə aparılmayıb və nəticədə şirkətin Banka külli miqdarda borcu yaranıb. Dəfələrlə xəbərdarlıq məktubları göndərilsə də iş icra olunmayıb. Bu səbəbdən Bank şirkəti məhkəməyə verib.Yəqinki məhkəmə bütün baş verənləri araşdıracaq və haqqlı tərəf öz hüquqlarını bərpa edəcək. ans