Xəstəxana mühafizəçiləri nəqliyyat müfəttişlərinə “rəhmət” oxutdurur
6-06-2014, 09:55
Oxunub: 5 117
Azərbaycanda xəstəxanalar insanların növbədə durduğu ictimai müəssisələr sırasında öz öncüllüyünü qoruyub saxlayır
Ölkədə çoxlu sayda özəl klinika açılsa da, səhiyyə obyektlərində növbə məsələsi aktual olaraq qalır.
İnsaf naminə demək lazımdır ki, bu gün Azərbaycanda müasir standartlara cavab verən xeyli sayda özəl və dövlət xəstəxanaları fəaliyyət göstərir.
Əvvəlki illərlə müqayisədə kadr məsələsi də müəyyən mənada aradan qalxıb.
Ancaq xəstəxanaların elə bir problemi var ki, buna diqqət edən yoxdur. Bu isə xəstə sahiblərinə, xəstələrə birbaşa təhdiddir.
Söbhət xəstəxana mühafizəçilərindən gedir.
Hazırda məsələ o yerə çatıb ki, xəstəxana mühafizəçiləri yolda taksi sürücülərini döyən nəqliyyat müfəttişlərinin ölənlərinə rəhmət oxutdurur. Onlar nə danışıqlarını, nə davranışlarını, nə də xəstələrlə rəftar etməyi bilirlər…
Axı xəstəxana elə bir yerdir ki, kimsə bura kefindən gəlmir. Ona görə də bu müəssisələr üçün mühafizəçi seçəndə kifayət qədər diqqətlilik tələb olunur.
Təəssüf ki, Azərbaycan reallığında bunun tam əksinin şahidi oluruq.
Əməkdaşımız bu günlərdə Baku City Hospital-da mühafizəçi özbaşnalığı ilə üzlışib.
Hətta məsələ o yerə çatıb ki, mühfizəçilər əməkdaşımızı döymək istəyiblər.
Bundan sonra müxtəlif xəstəxanalarda mühafizəçilərin xəstələr və onların yaxınları ilə necə davrandığı barədə müşahidə apardıq.
Acınacaqlı bir mənzərə var.
Hər halda hər kəsə bacardığı işi həvalə etmək lazımdır.
Dediklərimizin nəticəsidir ki, son zamanlar yaxınlarına baş çəkməyə gedən insanların bəzən xəstəxana və hospitalların mühafizə xidməti əməkdaşlarının kobud davranışları ilə bağlı şikayətləri artmaqdadır.
Maraqlıdır, xəstəxanalara mühafizə xidməti əməkdaşları hansı qaydada cəlb olunur?
Səhiyyə Nazirliyi: ““Qaynar xətt”ə zəng edin”
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, xəstəxanalarda mühafizə xidmətində işə götürülmə iki cür həyata keçirilir: “Hər bir tibb müəssisəsinin mühafizə xidməti ilə bağlı öz ştatı olur. Bundan sonra hər hansı mühafizə xidməti şirkəti ilə əməkdaşlıq əsasında işə qəbul baş verir. Mühafizə işçilərinin etik davranış qaydalarına gəldikdə, təbii ki, xəstəxananın başqa tibbi personalının rəftarı kimi, mühafizə işçisindən də nəsə narazılıq olduğu təqdirdə, həm xəstəxana rəhbərliyinə, həm də Səhiyyə Nazirliyinin “qaynar xətt”inə müraciət olunmalıdır”.
A.Qədirli deyib ki, əsas problemlər, narazılıqlar məhz xəstə ziyarəti zamanı baş verir:
“Onu da qeyd edim ki, insanlar xəstəxanaların xüsusi rejimlə fəaliyyət göstərdiyini də nəzərə almalıdırlar. Xəstələri ziyarət etmək üçün təyin olunan xüsusi saatlar var.
Özəl xəstəxanalarda tətbiq olunan rejimə isə Səhiyyə Nazirliyi məsuliyyət daşımır. Amma dövlət qurumlarına mühafizə xidməti işçisi qəbul olunanda təbii ki, onlardan xüsusi müsahibələr götürülür və bir sıra proseslərdən sonra işə qəbul olunurlar”.
Anar Qədirlinin dediklərinə inansaq, necə deyərlər xəstəxanalarda mühafizəçilərlə xəstələr, onların yaxınları çox isti münasibətdədirlər, “can deyib, can eşidirlər”.
MM-in komitə rəhbəri: “Səhiyyə Nazirliyində xüsusi xidmət yaradılsa, yaxşı olar”
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin fikrincə, indi Azərbaycan səhiyyəsində inqilabi dəyişikliklər baş verir: “Bu, tibb müəssisələrinin maddi-texniki təchizatında və binaların müasir tələblərə cavab verməsində özünü göstərir. Əlbəttə, yüksək maddi-texniki baza ilə yanaşı, bizim dünya şöhrətli həkimlərimiz də var.
Eyni zamanda, tibb müəssisələri ilə bağlı ilk təəssürat onun girişi ilə başlayır. Çox təəssüf ki, bəzi tibb müəssisələrinin mühafizə xidmətlərində çalışanlar müasir tələblərə cavab vermirlər. Bu məsələyə xüsusi
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər