Sabir adına Pedaqoji Kollecdə netaqiv hallar baş alıb gedir
6-06-2014, 13:50
Oxunub: 4 132
Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra təhsil müəssisələrində neqativ halların qarşısını almaq üçün bir sıra mütərəqqi addımlar atılıb
Bir neçə kollec direktoru vəzifəsindən kənarlaşdırıldı, bir qisminə isə şiddətli töhmət verildi. Ancaq bəzi kollec direktorları bundan nəticə çıxarmaq istəmirlər.
Məlum olduğu kimi, hazırda yay semestr imtahanları başlayıb. Bəzi təhsil müəssisələrində bununla bağlı rüşvətalma kapmpaniyasına start verilib. MİA-ya daxil olan məlumata görə, hazırda yeni metodlarla pulyığımına başlanan təhsil ocaqlarından biri də Sabir adına Pedaqoji kollecdir. Bu barədə bizi bilgiləndirən tələbələr deyib ki, hazırda kollec rəhbərliyi semestr imtahanlarına görə pul yığmağa başlayıb: «Kollec direktoru Nurlana Əliyevanın tapşırığı ilə şöbə müdirləri və qrup rəhbərləri tələbələrə xəbərdarlıq edirlər. Bununla yanaşı, imtahanlardan keçmək üçün lazım olan pulun həcmini də deyirlər. Kim tələb olunan pulu vermək isətəməsə, müxtəlif yollarla təzyiqlərə məruz qoyurlar».
Aldığımız məlumatda bildirilir ki, Nurlana Əliyeva dərsə davamiyyətin aşağı salınmasında xüsusi marağı var. Çünki dərslərə gələn tələbələr imtahan sessiyasını “uğurla” başa vurmaq üçün 500 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat civarında müəyyənləşdirilib. Dövlət imtahanı verən tələbələr isə daha ciddi problemlə üzləşiblər. Belə ki, onlara qarşı daha sərt mövqe tutulur və yüksək məbləğdə pul tələb olunur.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri gələndən sonra imtahanlarda pul yığımı ilə bağlı sərt tədbirlər həyata keçirməyə başlasa da, deyəsən, Sabir adına Pedaqoji Kllecin rəhbərliyi nazirin təpkisinə məhəl qoymayaraq öz bildiklərini edirlər. Əksinə, ruşvətalmanın yeni metodlarını tapmaq istiqamətində səyləri gücləndirib.
Məlumat üçün onu da nəzərə çatdıraq ki, mayın 24-də Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirilib. N.Əliyeva yenidən YAP Qadınlar Şurasının sədri seçilib.
Mövzuyla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər