Mingəçevirdə facebook faciəsi: qız adıyla yazışdı, amansızlıqla öldürüldü
7-06-2014, 12:10
Oxunub: 3 911
[img=left]uploads/1402128885_fa`cebook-priva`cy-5172456.jpg[/img]Görüşünə getdiyi qız oğlan çıxdı
Mingəçevir şəhərində qətl hadisəsi törədən şəxs tutulub.Şəhər Polis Şöbəsindən verilən məlumata görə, 1987-ci il təvəllüdlü Quliyev Tural Vidadi oğlunu Hacıqabul şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki 2 saylı mənzildə yaşayan 1991-ci il təvəllüdlü Dadaşov Bəhram Akif oğlu qətlə yetirib.
Onun facebook sosial şəbəkəsində tanış olduğu Tural Quliyevi öldürməsinin səbəbi də məlum olub. Məlumata görə, Tural Quliyev facebookda qız adi ilə qeydiyyatdan keçib və tanış olduğu Bəhram Dadaşovla bir müddət mobil telefonla qız səsi ilə danışıb və onu görüşmək üçün Mingəçevirə dəvət edib. Bəhram Dadaşov iyunun 2-də Mingəçevirə gedərək görmək istədiyi şəxsin qız yox, oğlan olduğunu bilərək əsəbiləşib və Tural Quliyevlə mübahisə edib. Aralarında baş verən dava zamanı Bəhram Dadaşov Tural Quliyevi qətlə yetirib.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, iyunun 2-də şəhərin Təbriz küçəsi 50/2 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Quliyev Tural Vidadi oğlunun evində meyiti tapılıb.
Qonşular hadisə barədə şəhər Polis Şöbəsinə məlumat veriblər. Məlum olub ki, Tural Quliyev aldığı bir neçə bıçaq xəsarətindən dünyasını dəyişib.apa
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər