Oliqarxlar “Fatimeyi-Zəhra”nın ərazisini ələ keçirmək istəyir
7-06-2014, 17:05
Oxunub: 3 543
DQİDK-nın şöbə müdiri:“Məscid bir neçə il əvvəl təkrar qeydiyyatdan keçməyib”
Qafqaznews.org saytının verdiyi məlumata görə 5 iyunda Bakı Apellyasiya məhkəməsində “Fatimeyi-Zəhra” məscidi icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ( DQİDK) qarşı şikayətinə baxılıb.
Xatırlatma üçün bildirək ki, bir müddət əvvəl DQİDK məscidin dövlət qeydiyyatının ləğv olunması üçün Bakı 2-ci İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdi. Və məhkəmə iddianı təmin edərək məscidin dövlət qeydiyyatını ləğv eləmişdi.
Qərarla razılaşmayan məscidin icması apellyasiya şikayəti vermişdi. Lakin 5 iyunda keçirilən məhkəmə prosesində icmanın şikayəti təmin olunmadı və əvvəlki məhkəmə qərarı qüvvədə qaldı.
Bütün bu baş verənlərə DQİDK-nın şöbə müdiri Səbinə Allahverdiyeva belə aydınlıq gətirb: “Məscid bir neçə il əvvəl təkrar qeydiyyatdan keçməyib”.
İslam Partiyası Məclisinin üzvü Hacı Natiq isə məscidin qeydiyyatının ləğv olunmasının arxasında bəzi məmurların torpaq marağı olduğunu bildirib: “ Yeni Günəşli qəsəbəsində yerləşən bu 1 hektarlıq ərazi 1994-cü ildə mərhum prezident Heydər Əliyev tərəfindən məscidə bağışlanıb. Hazırda bəzi məmurlar məscidə məxsus torpaq sahəsini ələ keçirmək istəyir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər