Ağdam rayonuna ayrılan 35 milyon manat necə silinib?
8-06-2014, 12:45
Oxunub: 4 916
Nizami Sadıqovun şəriki olan Elşad Əhmədov büdcəni talayıb; rayon xəzinəsi boşdu
Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqovla hazırda da rayonun Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışan Elşad Əhmədovun ortaq maliyyə maxinasiyalarından dövlət milyonrla manat ziyan görüb. Ağdam rayonuna ayrılan 35 milyon manatı “ustalıqla silərək” özləri üçün komfort şərait yaradan cütlük həmin əməliyyatdan kifayət qədər böyük xeyirlə çıxıb.
Mənbəmizin sözlərinə görə, keçmiş icra başçısı Nizami Sadıqovla razılaşdırılmış qaydada hərəkət edən Elşad Əhmədov 35 milyon manatın əhəmiyyətli hissəsini sənədlərdə “silmiş” və tərəflər bundan şəxsi məqsədləri üçün yararlanmışlar. Belə ki, Nizami Sadıqov həmin pulla özünə Bakıda yerləşən”İzmir” restoranını alıb. Keçmiş icra başçısının təkcə bu restorana görə 5 milyon manat ödədiyi bildirilir. Onun eyni zamanda paytaxtda daha bir iri obyektə sahibləndiyi daxil olan informasiyalar arasındadır.
Maliyyə İdarəsinin rəisi Elşad Əhmədova gəlincə isə Nizami Sadıqova nisbətən ona bölgüdə daha az pul düşüb. Amma yenə də bildirək ki, biz “daha az” deyəndə məbləğin milyona yaxın olduğunu da unutmamalısınız. “Ədalətsiz bölgüdən” narazı qalan maliyyə idarəsinin rəisinə isə Nizami Sadıqov daha bir “hədiyyə” verməklə könlünü almağa çalışıb.
Mövzuyla bağlı yeni daxil olan informasiyalar isə daha ilgincdir. Mənbəmiz iddia edir ki, Elşad Əhmədov-Nizami Sadıqov cütlüyü əslində bütün bu əməliyyatları məqsədli şəkildə həyata keçiriblər. Belə ki, onlarda Nizami Sadıqovun yaxın zamanlarda icra başçısı postundan azad olunacağına dair informasiya əvvəlcədən olub. Elə buna görə də şəriklər bu qısa zaman kəsiyindən daha “səmərəli” istifadə etmək qərarına gəliblər. Nəticədə Ağdam rayonunun büdcəsi tamamilə boşalıb.
Mənbənin sözlərin görə Ağdam rayonunun yeni icra başçısı Raqub Məmmədov nəyin baş verdiyini təfərrüatı ilə bildikdən sonra Elşad Əhmədovla çox sərt dildə danışmalı olub. Maliyyə İdarəsinin rəisi isə yeni icra başçısına “hər şeyi yoluna qoyacam” açıqlamasını verməkdən başqa çarəsi qalmayıb. Amma onun “hər şeyi yoluna qoyması” heç də inandırıcı deyil. Ən azından ona görə ki, yeyilmiş pulun böyük bir hissəsi keçmiş icra başçısı Nizami Sadıqovdadır.
İndi hər şey Nizami sadıqovun keçmiş şərikinə maliyyə dəstəyi verib-verməyəcəyindən asılıdır. Kim bilir, bəlkə Nizami Sadıqov “İzmir” restoranını bu günlərdə 8 milyon manata satışa çıxartması da elə dostuna kömək etmək məqsədi güdür?(savaş. org)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər