Ağdamın yeni icra başçısı sabiqlərin kadrlarından yaxa qurtara bilmir
9-06-2014, 08:25
Oxunub: 4 580
İcra başçısı dəyişdə də rayonda problemlər olduğu kimi qalır
Bildiyimiz kimi aprelin 16-da prezident İlham Əliyevin imzaladığı sərəncamla rayonun sabiq icra hakimi Nizami Sadıqov tutduğu vəzifədən çıxarılmış, onun yerinə isə Raqub Məmmədov təyin edilib. Bolgexeber.com bildirir ki, Raqub Məmmədova qədər Ağdam rayonunun sabiq icra başçıları Həsən Sarıyev və Nizami Sadıqovun idarəçiliyi altında ağdamlılar müxtəlif sosial problemlərin əlində aciz qalmışdılar. Nizami Sadıqovun xoşagəlməz fəaliyyəti nəticəsində rayon bərbad hala düşmüşdü. Məmur özbaşınalığının arzuolunmaz həddə çatması əhalidə haqlı etirazların meydana gəlməsinə səbəb olurdu . Lakin yeni icra başçısı Raqub Məmmədov da ümidləri doğrultmadı. Belə ki, illər boyu yığılıb qalmış problemlər həll edilməmiş qalıb.
Düşünmək olardı ki,həmişə olduğu kimi təzə icra başçısı özündən əvvəlki icra başçılarının rüşvətxor kadrlarını çıxarıb yerinə öz kadrlarını, daha dəqiq desək özünə yaxın adamları vəzifələrə təyin edəcək. Lakin maraqlıdır ki, bu baş vermədi. Payon rəhbəri iki aydan çox müddət keçməsinə baxmayaraq İcra Hakimiyyətinin aparatında ciddi kadr islahatları aparmayıb. Mənbə bildirir ki, buna səbəb heç də Raqub Məmmədov sabiq icra başçılarının kadrlarında razı qalması deyil , sadəcə onlarla bacarmaması və bu səbəbdən onların əlində girinc qalmasıdır. Vəzifəyə gələndən sərbəst idarəçilik edə bilməyən və “əl-qolu bağlanan” yeni icra başçısı hələ ki, onun işinə mane olan kadrlardan problemsiz yaxa qurtarmaq üçün yollar axtarır. Mənbə bildirir ki, həmin kadrları birbaşa vəzifələrdən kənarlaşdırmağa onların arxasında sabiq icra başçılarının , ələlxüsus Nizami Sadıqovun durmasıdır. Bildirlir ki, Nizami Sadıqov vəzifədən kənarlaşdırılsa da hələ də böyük gücə, təsirə və yüksək vəzifəli şəxslərlə böyük əlaqələrə malik olduğundan Raqub Məmmədov onunla konfliktdən çəkinir və onun rayondakı kadrları ilə hesablaşmaq məcburiyyətində qalıb. Bu səbəbdən yeni başçının Ağdamda fəaliyyəti hələ ki, qətiyyən hiss olunmur. Bundan başqa deyilir ki, Raqub Məmmədovun kadr islahatı keçirmək istəyinin arxasında heç də rayonda müsbət islahatlar aparmaq yox, maliyyə mənbələrini öz nəzarəti altına keçirmək istəyi durur.
Mənbənin Bolgexeber.com-a bildirdiyinə görə , keçmiş icra hakimlərinin kadrları Ağdam Rayon İcra Hakimiyyətində işlərinin başındadır. Onların arasında Nizami Sadıqovun adamları daha üstünlük təşkil edir. Məsələn Ağdamda şöbə müdirlərinin çoxu Nizami Sadıqovun kadrlarıdır. Onların bu günə qədər ağdamlılara heç bir xeyri dəyməyib. Ancaq özləri və yaxın qohumlarının güzəranlarının yaxşılaşması üçün çaba göstərirlər. Lakin bütün bunlara baxmayaraq başçı dəyişəndən sonra yerli məmurların çoxu əl-ayağa düşüb. Belə ki, rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrin rəhbər şəxsləri növbə ilə başçıya «xoş gəldin» təbriklərini çatdırmağa başlayıblar və Raqub müəllim bu təbrikləri qəbul edib. Məsələn qeyd edilir ki, Ağdam Təhsil Şöbəsi rayondakı direktorlara xəbərdarlıq edib ki, vəzifədə qalmaları üçün onlar adambaşına 3000 manat yığıb təzə rəhbərliyə çatdırmalıdırlar. Əks halda Təhsil Şöbəsi bütün heyyətlə kütləvi surətdə əvəzlənəcək. Belə görünür ki, yeni icra başçısı artıq indidən keçmiş icra başçılarının yolunu gedir və bu minvalla o da vəzifədə çox qalmayacaq. Onu da bildirək ki, Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqov tutduğu vəzifədən azad olunsa da onun rəhbərliyi altında həyata keçirilmiş iri miqyaslı maliyyə fırıldaqları ilə bağlı yeni məlumatlar daxil olmaqdadır.
Bununla bağlı məlumat verən mənbənin sözlərinə görə, Nizami Sadıqovla Ağdam rayon maliyyə idararəsinin rəisi Elşad Əliyevin ortaq şəkildə reallaşdırdıqları təkcə bir əməliyyat zamanı nə az, nə çox-düz 30 milyon manat “yoxa çıxıb”. Həmçinin bildirlir ki, Həsən Sarıyev və Nizami Sadıqov cütlüyü bir neçə tenderdən külli-miqdarda qazanc əldə ediblər.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər