BolgeXeber.Com » Gündəm » “Connekt”-dən şikayət var

“Connekt”-dən şikayət var

9-06-2014, 11:25
Oxunub: 3 388 “Connekt” abonentlərə təzminat ödəyəcək

“Connekt” şirkətindən şikayət var. Bakının müxtəlif rayonlarında yaşayan şikəyətçilər eyni problemin cənginə düşüblər.

Bolgexeber.com xəbər verir ki,“azerfax” saytının məlumatına görə, şikayətçilər “Connekt” şirkətinin televiziya xidmətindən ciddi narazılıq edirlər.

Deyirlər: “Müqavilədə 75 kanalın yayımlanacağı göstərilsə də, 60 kanal açıqdı”; “Uzun müddətdir ki, kanallar ümumiyyətlə tutmur, demək olar ki, gün ərzində televiziya göstərmir”; Ofisə zəng edib usta çağırırıq, deyirlər 10 manat ödəməlisən”; “Biz bilirik ki, müqavilədə xidmətin 10 manat olduğu göstərilib, ancaq şərtləri də var, hansı halda abonent ödəməlidir”; “Ofisdən bildirirlər ki, profilaktik tədbirlər həyata keçirilir, anladıq, bəs bizə dəyən maddi ziyanı kim ödəyəcək, axı bizim aylıq abunə pulumuzdan çıxılır”...

“Connekt” şirkəti ilə əlaqə saxlanılıb. Əməkdaşımız texniki şöbənin rəisi Rafiq Məmmədzadə ilə danışıb.

O da belə cavab verib: ““Connekt” şirkəti yeni baza stansiyasının qurulması ilə əlaqədar açıq rejimə keçib. 15 gündür profilaktik işlər görürük. Abonentlərimizin problemindən xəbərimiz var. Onlar bizə ünvanladıqları gileylərində bu problemləri qabardıblar. 60 kanala baxa bildiklərini deyirlər. Bu, hal eyni xidməti göstərən bütün şirkətlərdə baş verir. Kanallar pullu yayıma keçirlər, bu isə bizim müəyyənləşdirdiyimiz məsələ deyil. 10 manat ödənişin qaydası isə belədir ki, əgər problemi abonent yaradıbsa, ödəməlidi. Əks təqdirdə şirkət heç kimdən xidmət haqqı almır. Abonentlərə dəyən maddi zaiyanla bağlı onu deyə bilərəm ki, şirkət təzminat ödəməyə hazıdı. Onlar kassaya yaxınlaşıb, profilaktik müddət boyunca televiziya baxa bilmədiklərinə görə təzminatlarını istəyə bilərlər”.