Dövlət Fitosanitar Xidmətinin rəis müavini ölkədən qaçdı
9-06-2014, 16:25
Oxunub: 4 378
Nazim Quliyevə qarşı cinayət işi açılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ( DFNX) rəis müavini Nazim Quliyevin ölkədən qaçması ilə bağlı məlumat daxil olub.
Məlumat üçün bildirək ki, İsmət Abasov kənd təsərrüfatı naziri vəzifəsindən azad olunandan sonra qurumda ciddi kadr dəyişikliyi baş verib. Belə ki, yeni nazir Heydər Əsədov nazirliyin tabeçiliyində olan Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyevi ( İsmət Abasovun baldızı oğlu) və Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayevi vəzifəsindən azad elədi. Sonra növbə DFNX-nə çatdı. Nazir DFNX-də olarkən qurumun fəaliyyətindən ciddi narazılığını bildirib. Və DFNX-nin rəis müavini, adı mətbuatda daha çox korrupsiya ilə bağlı hallanan Nazim Quliyev vəzifəsindən azad olundu.
Redaksiyamıza daxil olan məlumata görə, vəzifəsindən azad olunan Nazim Quliyevə qarşı Baş prokurorluqda cinayət işi açılıb. Bundan xəbər tutan Nazim Quliyev tələsik ölkəni tərk edib.
Daxil olan məlumatı dəqiqləşdirmək üçün DFNX-nin rəis müavini Ələddin Eyvazovla telefon əlaqəsi saxladıq. Ələddin müəllim Nazim Quliyevin vəzifəsindən azad olunduğunu təsdiq eləsə də Türkiyədə tədbirdə olduğunu səbəb gərirərək bizimlə sonra əlaqə saxlayacağını bildirdi.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az )
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər