BolgeXeber.Com » Gündəm » Nizami DYP-nin işçiləri «gizli post» qurublar

Nizami DYP-nin işçiləri «gizli post» qurublar

10-06-2014, 10:05
Oxunub: 3 913 Yol polisinin Mikayıl Əlyevlə Çobanzadə küçələrinin kəsişməsində gizli «post» qurduqları deyilir

Nizami Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının rayonun ərazisində gizli postlar qurduqları və sürücüləri saxlayaraq, onların yeri gəldi, gəlmədi sənədlərini yoxladıqlarına dair məlumat yayılıb. Jam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış həmin məlumatda vurğulanır ki, yaranmış vəziyyətdən sürücülər də beziblər. Çünki…

Həmin məlumatda vurğulanır ki, Nəsimi rayon DYP əməkdaşları əsasən həftənin şənbə və bazar günlərində Mikayıl Əliyev ilə Çobanzadə küçələrinin kəsişməsində «gizli post» qurublar. Polis əməkdaşları hərəkət edən avtomobilləri birmənalı olaraq saxlayaraq, onların içkili olub-olmadıqlarını müəyyənləşdirməyə çalışırlar. Bunun üçün hansısa texniki avadanlıqdan deyil, dədə-baba qaydasından istifadə edən DYP işçiləri sürücülərə «bir ho elə görüm» deməklə müəyyən edirlər.

Qeyd edək ki, bu şəkildə sürücünü müayinə elmək nə qanunda var, nə də qaydada. Qeyd olunan küçələrdə xeyli sayda restoranların olması səbəbindən orada yeyib-içdikdən sonra hansısa şəxsin avtomobil idarə etməsi mümkün hallardan biridir. Eyni zamanda, DYP əməkdaşları da həmin içkili sürücülərin qəza və faciə törətməmələri üçün ərazidə yoxlama aparmaları normal haldır. Amma bunu belə kobud şəkildə həyata keçirmək qətiyyən yolverilməzdir. DYP əməkdaşları ən azından vətəndaşın spirtli içki içdiyini müəyən edən avadanlıqla bu prosesi həyata keçirməlidir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com