BolgeXeber.Com » Gündəm » Vasif Talıbovun oğlu 200 nəfəri işdən çıxartdı

Vasif Talıbovun oğlu 200 nəfəri işdən çıxartdı

10-06-2014, 11:05
Oxunub: 3 738 Naxçıvan MR-də fəaliyyət göstərən “Gəmi-Qaya” Holdinqində kütləvi ixtisarlar olub.

Bolgexeber.com bildirir ki, bu barədə Axar.az-a Holdinqdəki etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə holdinqin tikinti sektorunda fəaliyyət göstərən 200-ə yaxın işçisini ixtisara salmasının səbəbini yeni layihələrin olmaması ilə əsaslandırıb. Əlavə olaraq, holdinqin bütün şirkətlərində əmək haqları da 50%-ə qədər endirilib.

Qeyd edək ki, “Gəmi-Qaya” Holdinqi Naxçıvanın ən böyük şirkətlərindən biridir. Hazırda şirkətin bütün strukturlarında ciddi dəyişiliklər aparılır.

Onu da xatırladaq ki, holdinqin təsisçisi Rza Talıbov, prezidenti isə Türkiyə vətəndaşı olan Emin Uçardır.
Bolgexeber.com