Jurnalistdən BDYP-yə “Soyğunu durdurun” çağırışı
10-06-2014, 12:10
Oxunub: 2 865
Xalid Kazımlı: "Məsələni aidiyyatı qurumlar araşdırmalı və nəzarətə götürməlidirlər
İki gün öncə DYP-nin nəzdində fəaliyyət göstərən təxliyyə xidmətinin əməkdaşlarının hərəkəti nəticəsində ard-arda iki dəfə maddi ziyana düşdüyünü bildirən və bu barədə “Evakuatorla soyğun” başlıqlı reportaj yazan jurnalist Xalid Kazımlı bu gün işlədiyi “Yeni Müsavat” qəzetində mövzuya yenidən qayıdıb.
“Soyğunu durdurun” başlıqlı yazı yazıb.
Jurnalist qeyd edir ki, bu, onun şəxsi məsələsi deyil, ictimai əhəmiyyət kəsb edən məsələdir və hər gün yüzlərlə, hər ay minlərlə insanı əhatə edir: “Bizim peşə borcumuz tələb edir ki, bu problem barədə təkcə mediada yazmaqla kifayətlənməyək, problemi birbaşa onu həll edəcək şəxslərin də nəzərinə yetirək”.
Paytaxtda gündən-günə şiddətlənən problemi – avtomobillərin evakuatorlarla qanunsuz təxliyyələri məsələsini DİN-in, Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nəzərinə çatdıran jurnalist yazır: “Cərimə meydançaları obrazlı desək, “sağım aqreqatları” kimi işləyir, hər dəqiqə sürücülər öz qaçırılmış maşınlarının arxasınca gəlir, nağd ödənişlər (qəbzsiz-filansız) edərək, avtomobillərini götürür, sürüb gedirlər”.
Köşə yazısının sonunda X.Kazımlı qeyd edir ki, aidiyyatı orqanlar bu məsələni nəzarətə götürməlidirlər: “Qoy Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, eləcə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu xüsusatı nəzarətə götürsün. Burada vəzifə səlahiyyətlərindən sui-istifadə, varlanmaq məqsədilə vətəndaşları talama, qanunlardan öz şəxsi mənafeyinə görə yararlanma, korrupsiya, vergidən yayınma və sair cinayətlərin tərkib hissələri var”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər