Mikayıl Cabbarovun 70 yaşlı kadrı kolleci «bazara» çevirib
10-06-2014, 13:05
Oxunub: 4 579
Direktor Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində çalışan müəllimləri kollecdən didərgin salıb
Yaş senzinə görə Gəncə Humanitar Kollecində direktor vəzifəsindən alınan və bundan sonra gözlənilmədən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyinatı alan Aydın Əliyev rəhbərlik etdiyi qurumu özünün və Təhsil Nazirliyində çalışan oğlunun özəl biznes sektoruna çevirib.
Pia.az-a Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecindən daxil olan məlumata əsasən hazırda kollecdə əyani şöbələrində qızğın imtahan alveri başa çatmaqdadır və bu alverdən 70 yaşlı direktorun yarım milyona yaxın «imtahan pulu» topladığı qeyd olunur. Hazırda isə qiyabi şöbələrdə imtahan pullarının toplanmasına başlanılıb.
Qeyd edək ki, hazırda kollecdə 3000-ə qədər tələbə təhsil alır. Hər bir tələbədən isə imtahanları verə bilmək üçün 200 manat alındığı bildirilir. Kollecdə tələbələrdən «imtahan pullarını» şöbə müdirləri toplayır və toplanan vəsaitlər direktorun tədris işlər üzrə müavininə təslim edilir. Həmçinin kollecdə «qayıb»ın hər birinin qiyməti 3-5 manat arası “hesab”lanır.
Kollecin əyani və qiyabi şöbələri mövcuddur, həmçinin təhsil ocağında Mühasibatlıq uçotu, Gömrük işi, Vaqon və refrijerator təsərrüfatı, Nəqliyyatda daşınmaların ixtisası, Yol hərəkətinin inkşafı, Poçt rabitəsi, Radio rabitə, Radio verlişləri və televiziyası, Çox kanallı telekommunikasiya sistemləri, Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vəsaitləri, Komputer sistemləri və kompleksləri ixtisası üzrə mütəxəsislər hazırlanır.
Bildirilir ki, direktorun tədris işlər üzrə müavini yeni təyin olunub və Aydın Əliyev yeni müavinini Gəncə Humanitar Kollecindən «tansfer» edib.
Xatırladaq ki, Aydın Əliyev daha əvvəl Gəncə Humanitar Kollecində direktor vəzifəsində çalışıb və o bu vəzifəsini yaş senzinə görə itirib. Keçmiş nazir Misir Mərdanov 70 yaşlı Aydın Əliyevi yaş senzinə görə işdən azad edib. Lakin gözlənilmədən ötən ilin sonlarında bir möcüzə baş verib və yaş senzinə görə işdən azad olunan Aydın Əliyev Mikayıl Cabbarov tərəfindən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edib. Aydın Əliyevin qanınvericiliyə zidd olaraq ölkəninin ən böyük kolleclərindən birinə direktor təyin olunmasının birbaşa səbəbi isə 70 yaşlı qocaman təhsil işçisinin oğlunun Mikayıl Cabbarovla yaxın münasibətlərinin olması olub. Belə ki, Aydın Əliyevin oğlu Mikayıl Cabbarovun komandasında önəmli simalardan biri hesab olunur. Məhz bu faktor Azərbaycan qanunvericiliyinin çeynənəilməsi və qanunvericiliyin tələblərinə görə işdən azad olunan 70 yaşlı birinin Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin olunması üçün yetərli olub.
Məlumatda bildirilir ki, Aydın Əliyev direktor təyintaından sonra uzun illər boyu Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində çalışan müəllimləri kollecdən didərgin salıb. Onların yerinə isə özünə yaxın olan şəxsləri işə götürüb. Yeni vəzifə sahiblərinin böyük əksəriyyəti isə Gəncə Humanitar Kollecində uzun müddət Aydın Əliyevlə birlikdə çalışan insanlar olub.
Qeyd edək ki, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində imtahanların yeni “metodla” keçirilməsi və Aydın Əliyevin oğluna güvənərək təhsil ocağında nələr etdiyi bağlı növbəti yazıımızda daha ilginc məlumatlar verəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər