"Kontakt" mağazaları vətəndaşları necə aldadır?
10-06-2014, 14:20
Oxunub: 4 094
Yəqin çoxunuz Bakının bir çox yerlərindəyerləşən "Kontakt" firmasına məxsus mağazaları görmüsüz. Bu firma haqqında redaksiyamıza vətəndaşlar tərəfindən olduqca maraqlı məlumatlar daxil olub.
Telefon, planşet, nootebook, televizor və s. satışı ilə məşğul olan "Kontatk" firması təkcə şəxsiyyət vəsiqəsi ilə cəmi 15-20 dəqiqəyə istədiyin məhsulu kreditlə sənə verir. Burada üstün cəhətlərdən biri də odur ki, krediti hər hansı banka deyil, elə birbaşa "Kontakt"ın özünə ödəyirsən. Ancaq sevincin uzun çəkmir.
Bolgexeber.com bildirir ki, bu firmadan alınan mallar, xüsusilə, telefonlar cəmi 1 ay normal qaydada işləyir. Bundan sonra telefonda o qədər problemlər çıxır ki, təmir etdirmək üçün 100-200 manat xərcə düşməli olursan. Satdığı malların hamısı Çin (kitay) istehasalı olan bu firma insanları dolamaqla məşğuldur. Bu firmadan hər hansı bir şey alan şəxslərin çoxusu sadə vətəndaşlar olduğundan "Kontakt" alınan mallara zəmanət müddəti də vermir.
"Kontakt" mağazasından telefon alan Qaradağ rayon sakini Fərid adlı şəxsin Bolgexeber.com-a yazdığı müraciətdə deyilir: "Kontaktdan bir aydan çoxdur ki, telefon almışdım, 3 nömərli telefondur, amma xarab oldu. Zəmanət müddəti 1 il olsa da, telefonu geri götürmədilər. Çox get-gəl elədim, sonra telefonu düzəldəcəklərini deyib məndən aldılar. İki ay da özlərində saxladılar. Sonra qaytardılar ki, biz düzəldə bilmərik. Amma hər ay zənfg edib hədə-qorxu gələrək krediti tələb edirdilər. Mən telefonun işləmədiyini, zəmanət müddəti bitməmiş keyfiyyətsiz çıxdığını əsas gətirərək krediti ödəməyəcəyimi bildirmişəm. Onlar isə, mənə, evə dəfələrlə zəng edib söyüblər".
Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, cəmi 1 ay işləyən telefon xarab olur və üz tutursan "Kontakt"a. Deyirsən ki, telefonu burdan bir aydır almağıma baxmayaraq, artıq xarab olub, işləmir. Bunu deyər deməz, üstünə bir yığın insan tökülür. Satıcılar və firmanın kredit şbəsinin işçiləri üstünə hücum çəkib səni bayıra atırlar. Dəfələrlə olub ki, vətəndaşla əlbəyaxa dava-dalaş çıxıblar. Ən yaxşı halda, vətəndaşı "telefonunu bura qoy, düzəltdirərik, gəlib apararsan" təklifi ilə aylarla get-gələ salırlar. Hətta, bir gün gecikməyə görə, vətəndaşın evinə zəng vuraraq söyüb təhqir ediblər.
Xüsusilə, İçəri Şəhər metrosu yaxınlığında, Azərbaycan Dövlət İqtisad Universiteti ilə üzbəüz yerləşən "Kontakt"ın filialı vətəndaşları təhqir etməklə, onları aldatmaqla ad çıxarıb. Təxminən, 6-7 işçisi olan bu filialda vətəndaşlara qarşı qeyri-etik davranışlara yol verilir, onlarla kobud danışılır, müştərilərə xarab, çin istehasalı olan, və ya işlənmiş, amma üzü dəyişdirilmiş telefonlar sırıyırlar.
Bolgexeber.com olaraq vətəndaşların bu müraciəti ilə bağlı, "Kontakt" firması ilə əlaqə saxlamağa çalışdıq, amma zənglərimizə cavab verən olmadı.
Mövzunu araşdırırıq.Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
İlahə Səmədli
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər