Tanınmış alimdən şok açıqlama: “Gey aparıcıları dəstəkləyən məmurlar var”
10-06-2014, 18:50
Oxunub: 3 971
Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov ölkədə fəaliyyət göstərən özəl televiziya kanallarını sərt tənqid edib
Bolgexeber.com bildirir ki,R. Mahmudov publika.az-a açıqlamasında deyib ki, Azərbaycanda telekanalların çoxu bağlanmalıdır: “Mən bunu onların özlərinə də dəfələrlə demişəm. Ancaq bu sözləri ilk növbədə jurnalistlər deməlidir, jurnalistlərin özləri qabartmalıdır. Media bu millətin sifətidir. Mən deyirəm, səsimə səs verən olmur, sonra ortalıqda tək qalıram. Məndən başqa heç kəs dillənmir. Hamısı yaltaqdır. Hamı dillənməlidir. Yoxsa ki, heç kəs - nə ABŞ, nə Rusiya gəlib Azərbaycanı düzəltməyəcək. Buranı sən və mən düzəltməliyik. Əgər mənim başıma it oyunu açırlarsa və sən də mənə yiyə durmursansa, o zaman bunun heç bir faydası olmayacaq. İnsanlarımız mövqesiz qalmamalıdır”.
R.Mahmudov bildirib ki, indi özəl televiziya kanallarının efirlərində yayımlanan verilişlər biabırçı vəziyyət alıb: “Baxan da yoxdur. Kim nə istəyirsə, onu da edir”. Azərbaycanda fəaliyyət göstərən "Nəfəs LGBT Alyansı"nın mayın 17-də Homofobiya ilə Beynəlxalq Mübarizə Günündə aksiya keçirməsinə də toxunan R.Mahmudov deyib: “Bu cür canlılar Məhəmməd Peyğəmbərin dövründə də olub. Bunlara cəmiyyətin tərkib hissəsi kimi baxmaq doğru deyil. Bu cür halları görəndə belə düşünürsən ki, yəqin, Azərbaycanda bəzi məmurlar da mavidir və bunlara kömək edirlər. Amma bu da bir həqiqətdir ki, gey, mavi aparıcıları dəstəkləyən məmurlarımız var. Onların kim olduğunu jurnalistlər də yaxşı bilir”.Bolgexeber.com ,
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər