BolgeXeber.Com » Gündəm » Gülər Əhmədovaya görə başı bəlaya girən türk Bakıya qız axtarmağa gəlir

Gülər Əhmədovaya görə başı bəlaya girən türk Bakıya qız axtarmağa gəlir

11-06-2014, 11:05
Oxunub: 3 611 İş adamı Gülər Əhmədovanın onun başımı bəlaya saldığını vurğulamağı unutmayıb

Sabiq deputat Gülər Əhmədova ilə bağlı “Yeni Müsavat”ın redaksiyasına maraqlı məlumat daxil olub. Həbsdən çıxandan sonra susqunluq nümayiş etdirən eks-deputatın bir-bir keçmiş dostları ilə əlaqə saxladığı, ona sədaqət, xoş münasibət göstərənlərə təşəkkür etdiyi bildirilib.

Məlumata görə, G.Əhmədovanın telefonla danışdığı şəxslərdən biri də türkiyəli iş adamı, mərhum Sevinc Babayevanı İstanbulda yaşadığı günlərində himayə edən Səlcuq Ağlayan olub.

Bolgexeber.com bildirir ki, qəzet S.Ağlayanla əlaqə saxlayıb, bu danışığın detallarını öyrənməyə cəhd edib.

İş adamı deyilənləri təkzib edib: “Onu sizə kim deyibsə, səhvi var. Amma ona ”keçmiş olsun" diləklərimi çatdıra bilərəm. Hər halda, bir anadır və hər bir ana öz uşaqlarının yanında olmalıdır. Mənim elə bir görüşmə tələbim olmadı. Onun da belə bir tələbi olacağını zənn etmirəm. Xoşagəlməz bir hadisə yaşandı. Nəticədə kimin suçsuz, kimin suçlu olduğu üzə çıxdı. Bununla bağlı özü mənə zəng edərsə, təbii ki, “keçmiş olsun” arzumu bildirərəm. Mən heç ona zəng etməyi düşünmədim. Heç zəng edə də bilmərəm. Çünki məndə onun telefon nömrəsi yoxdur”.

İş adamı tezliklə Bakıya gələcəyini vurğulayıb: “Tezliklə mütləq Bakıya gələcəyəm. Sadəcə, indi çoxlu işlərim var. Bakıya 15-20 günlüyünə xeyirli bir iş üçün gələcəyəm. Bilirsiniz ki, mənim orda qohum-əqrəbam var. Oradan bacım oğluna bir qız alacağam, oğlum üçün də qız axtarmağa gələcəyəm”.

O, Bakıda Sevinc Babayevanın məzarını ziyarət edəcəyini və ailə üzvləri görüşəcəyini də bildirib: “Mütləq Sevinc xanımın məzarını ziyarət edəcəyəm, anasının əllərindən öpəcəyəm, oğlunu görəcəyəm. Böyük bir ehtimalla onların qonağı olacağam. Təbii ki, onlar qəbul edərlərsə”.

Bakı səfərinizdə Gülər xanımla görüşüb-görüşməyəcəyinə gəlincə, Səlcuq Ağlayan deyib: “Gülər xanımla görüşmək istəmirəm. Niyə onunla görüşüm? Mən Sevinc xanımın ailəsinin qonağı olub da sonra necə Gülər xanımla görüşüm? Əlaqəli və ya əlaqəsiz suallar yaranıb. Ona görə də mənim onunla təmasım doğru bir qərar olmaz. Bununla belə, heç kimlə, eləcə də Gülər xanımla hansısa düşmənçiliyim yoxdur. Nə Sevinc xanımın ailəsi ilə, nə də Gülər xanımla aramda problem olub. Gülər xanımı zatən tanımıram. Nəyin nə olduğunu bilmirəm, kimin nə qədər haqlı, nə qədər haqsız olması barədə məlumatım yoxdur. Amma mən burda onların ucbatından çox böyük sıxıntılar yaşadım. Həm maddi, həm mənəvi sıxıntılardan gedir söhbət. Söylənilən suçları etməsə belə, mən özümlə bağlı baş verənləri dedim. İndi durub onunla nə danışım?”.

İş adamı sabiq deputatdan elə xüsusi incikliyi olmadığını desə də, Gülər Əhmədovanın onun başımı bəlaya saldığını vurğulamağı unutmayıb: “Bilmədiyimiz bir işə görə bir sıxıntının içinə girmiş oluruq. Biz bir insana yardım edək deyərkən, sən demə, oralarda tamam başqa şeylər olmuş. Necə deyərlər, fillər vuruşmuş, arada otlar əzilmiş. Belə baxanda bu işin mənimlə nə əlaqəsi vardı ki? Təbii ki, o qadın haqqında da heç nə demək istəmirəm. O qadın da məni tanımır, nəyə görə belə bir hadisənin ortasında qaldığımı bilmir. Amma mən Sevinc xanımgilin evinə gedəcəyəmsə, onun anasının əlini öpəcəyəmsə, arada bir inciklik varsa, Gülər xanımla görüşməyim doğru olmaz. Məncə, Gülər xanım da Sevinc xanımgilə getsin, onların ailəsinə başsağlığı versin, söhbət etsin, haqlı, doğru olduğunu göstərsin. Dostluğunu göstərsin bu ailəyə. Mənim onunla görüşməyimə heç bir ehtiyac yoxdur”.