BolgeXeber.Com » Gündəm » Zakir Qaralov üç rayonun prokurorunu işdən çıxardı

Zakir Qaralov üç rayonun prokurorunu işdən çıxardı

12-06-2014, 15:45
Oxunub: 3 955 Azərbaycanda bir neçə rayonun prokuroru işdən çıxarılıb

Bolgexeber.com -un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala rayon prokuroru İlham Həsənəlizadə tutduğu vəzifədən azad edilərək Baş Prokurorluqda yeni vəzifəyə təyinat alıb.

Xaçmaz rayon prokuroru Yusif Cəlilli və Şəki rayon prokuroru Ağarəhim Rəhimov isə yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.