BolgeXeber.Com » Gündəm » Gəncədə arvadının gedişinə dözə bilməyən kişi özünü bıçaqlayıb

Gəncədə arvadının gedişinə dözə bilməyən kişi özünü bıçaqlayıb

12-06-2014, 16:25
Oxunub: 3 499 Gəncə şəhər sakini özünü bıçaqlayıb

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Hüseyn Məhərrəmov qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən 39 yaşlı kişinin vəziyyəti orta ağır qiymətləndirilir. Qohumlarının verdiyi məlumata görə H. Məhərrəmovun spirtli içkiyə aludəçiliyi olub və ailəsinə biganəlik səbəbindən həyat yoldaşı azyaşlı övladı ilə onu tərk edib. Buna dözə bilməyən H. Məhərrəmov onların geri qayıtması tələbi ilə özünü bıçaqlayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma
Bolgexeber.com