Bakı avtobusunda qadınların saçyoldusu
13-06-2014, 09:20
Oxunub: 3 594
Ötən gün saat 19 radələrində sərnişin avtobusunda qadınlar əlbəyaxa dava edib
Bolgexeber.com-un məlumatına görə, hadisə “Neftçilər” metrosu və Yeni Günəşli qəsəbəsi istiqamətinə işləyən 64 saylı sərnişin avtobusunda olub.
Belə ki, avtobus Nizami rayonu ərazisində həmişəki kimi basabas gedirmiş. Bu zaman avtobusa yaşlı bir qadın minib. Qadının yanında bir uşaq da olub. Qadın ona ger verilmədiyi üçün başlayıb deyinməyə. Yaşlı qadın avtobusda oturan gənc xanımları təhqir edib və onları mədəniyyətsiz adlandırıb. Qızlardan biri ayağıdan əməliyyat olunduğu üçün dura bilmədiyini dedikdə, qadın onu da döyüb.
Qadın daha sonra qarşısında oturan qızlardan birinin saçına əl atıb. Qızın köməyinə isə onun yanında oturan hicablı rəfiqəsi gəlib. Daha sonra davaya arxada oturan 2 gənc qız da qoşulub.
Nəticədə avtobusda qadınların davası yaranıb. Dava zamanı yaşlı qadın gənc qızlardan birinin saçını yolub. Digər qızlar isə yaşlı qadını döyüblər. Dava vaxtı qadının yanındakı azyaşlı uşaq qorxudan çığıraraq ağlayıb.
Avtobusu saxlanıldıqdan sonra avtobusda olan kişilər davanı birtəhər sakitləşdiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər