BolgeXeber.Com » Gündəm » Həbsxanada "şmon" - Arif Əsgərovun qardaşı təlaşda!

Həbsxanada "şmon" - Arif Əsgərovun qardaşı təlaşda!

13-06-2014, 16:05
Oxunub: 3 553 2 saylı Cəzaçəkmə Müəssisəsi barədə şok məlumat daxil olub. İddia olunur ki, bu həftə adıçəkilən "kolon"da qeyri-rəsmi fövqəladə vəziyyət hökm sürür. Buna səbəbsə müəssisədə "şmon" olacağıyla bağlı məhbuslara sızdırılan məlumatdır. Deyilənə görə ən qısa zamanda müəssisəyə xüsusi təyinatlı dəstələrin qəfil hücumu olacaq və məqsəd də orada nizam-intizamı möhkəmlətmək, qanuni oğruların hakimiyyətinə son qoymaq, ən azı bu fəaliyyəti məhdudlıaşdırmaqdır. Mənbə bu əməliyyatın rəisin vurulması ehtimalı kimi də yozula biləcəyini bildirib.

Qeyd edək ki, həmin "kolon"un rəisi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəisi Arif Əsgərovun qardaşı Eyvaz Əsgərovdur.